Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Livan Respublikasının sabiq Prezidenti Amin Cemayeldən

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri.

İcazə verin, doğum gününüz münasibətilə Sizə ən xoş arzularımı çatdırım və qarşıdan gələn ilin uğurlu olmasını diləyim. Ümidvaram ki, Yeni il Sizə, ailənizə və ölkənizə sülh və tərəqqi gətirəcək.

Mən, həmçinin bu xoş fürsətdən istifadə edib Azərbaycan ilə sıx əlaqələrimin olduğunu bildirmək istəyirəm. Bu əlaqələr Sizin ölkənizə çoxsaylı rəsmi və işgüzar səfərlər, eləcə də təməlini qoyduğum və rəhbəri olduğum, dünyada demokratiya və azadlığı təşviq edən “Masion du Futur” beyin mərkəzi ilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzi arasındakı tərəfdaşlıq münasibətləri sayəsində daha da möhkəmlənib.

Biz Sizin ölkənizin tolerantlıq, mədəni mübadilə və təhsil vasitəsilə sülhün, tərəqqinin, ədalətin təşviqi istiqamətindəki dəyər və prinsiplərini dəstəkləyirik.

Mən bu dəyərləri və prinsipləri qətiyyət və əzmkarlıqla təbliğ etməkdə qərarlıyam. Ümidvaram ki, ortaq məqsədlərimizə xidmət naminə birgə fəaliyyətimizi və bütün səviyyələrdə əməkdaşlığımızı davam etdirəcəyik. Tanrı Sizi qorusun.

Dərin hörmətlə,

 

Amin Cemayel

Livan Respublikasının sabiq Prezidenti

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin