“Logistika və təchizat zənciri” sahəsi üzrə növbəti təlimlər başlanıb
AzerTAg.az

Bakı, 3 fevral, AZƏRTAC
Təhsil İnstitutu Azərbaycan Texniki Universitetinin (AzTU) logistika və nəqliyyat üzrə “SABAH Magistratura” proqramı çərçivəsində müəllimlərin tədris prosesində tətbiq edə biləcəkləri logistika və təchizat zənciri sahəsi üzrə proqramlara əsaslanan təlimlərə yenidən start verib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, bu sahədə bilik və bacarıqların artırılması məqsədilə təşkil olunan təlimlər “Simulyasiya modellərinə giriş”, “AnyLogic simulyasiya proqramı ilə tanışlıq”, “Təchizat zəncirlərinin simulyasiya modellərinin qurulması”, “Anbar sistemlərinin modelləşdirilməsi”, “Avtomobil yolları və kəsişmələrin modelləşdirilməsi” və s. mövzuları əhatə edir.
Təlimlərdə spiker qismində “Amazon” şirkətinin Avropa İttifaqı üzrə mərkəzində simulyasiya üzrə data mühəndisi vəzifəsində çalışan Yaşar Əhmədov çıxır edir. Yaşar Əhmədov 2007-2011-ci illərdə Türkiyənin Orta Doğu Texniki Universitetində sənaye mühəndisliyi ixtisası, 2013-2015-ci illərdə Finlandiyanın Vaasa Universitetində sənayenin idarə edilməsi ixtisası, 2020-2021-ci illərdə isə Massaçusets Texnologiya İnstitutunda təchizat zəncirlərinin idarə edilməsi ixtisası üzrə təhsil alıb.
Sonda təlimləri uğurla bitirən şəxslərə sertifikatlar veriləcək.
Xəbərin mətnində orfoqrafik səhv var