DÜNYA


“Louis Vuitton” və “Nike” şirkətlərinin hazırladığı idman ayaqqabısı 350 min dollara satılıb

“Louis Vuitton” və “Nike” şirkətlərinin hazırladığı idman ayaqqabısı 350 min dollara satılıb

London, 13 fevral, AZƏRTAC

“Louis Vuitton” və “Nike” şirkətlərinin birgə hazırladığı “Air Force 1” idman ayaqqabısı Britaniyanın “Sotheby's” auksion evinin təşkil etdiyi hərracda 350 min dollara satılıb.

AZƏRTAC xəbər verir ki, idman ayaqqabısını dünyasını dəyişən əfsanəvi modelyer Virgil Abloh dizayn edib. Ümumilikdə Virgil Ablohun imzası ilə 200 ayaqqabı hərraca çıxarılıb və 25 milyon dollar gəlir əldə olunub.

Dana dərisindən hazırlanmış xüsusi buraxılış ayaqqabıları Ablohun bədii rəhbərliyi ilə “Louis Vuitton” şirkətinin 2022-ci il yaz-yay kişi kolleksiyası üçün nəzərdə tutulduğu açıqlanıb.

Onlayn keçirilən hərracda bir cüt ayaqqabı üçün ödənilən ən yüksək məbləğin 350 min dollar, ən ucuzunun isə 75 min dollar olduğu bildirilib.

Qeyd edək ki, istedadlı dizayner və memar Virgil Abloh ötən ilin noyabr ayında 41 yaşında xərçəng xəstəliyi səbəbindən vəfat edib. Afroamerikalı dizayner 2018-ci ildən moda dünyasının ən məşhur brendlərindən biri olan “Louis Vuitton”un yaradıcı direktoru vəzifəsində çalışırdı.

Aynurə Tağıyeva

AZƏRTAC-ın xüsusi müxbiri

London

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.