DÜNYA


Lüksemburqda yeni hökumətdə gender bərabərliyinə riayət olunmasına çağırış edilib

Paris, 3 noyabr, AZƏRTAC 

Lüksemburqda 23 assosiasiya, siyasi partiya və QHT Baş nazir vəzifəsini müvəqqəti icra edən Ksavye Bettelə açıq məktubla müraciət edərək, yeni hökumətdə gender bərabərliyinə riayət olunmasına çağırıb.

AZƏRTAC yerli mətbuata istinadla xəbər verir ki, Lüksemburqun yeni seçilmiş parlamentində təmsil olunan 7 siyasi partiyadan yalnız 3-nün Deputatlar Palatasında qadın təmsilçilər var.

Beləliklə, parlamentin 60 deputatından 12-si qadındır ki, bu da 20 faiz deməkdir.

Qeyd edilib ki, qonşu ölkələrin parlamentlərində qadınların faiz nisbəti daha yüksəkdir - Belçikada 41 faiz, Fransada 40 faiz və Almaniyada 30 faiz.

 

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

Paris

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.