RƏSMİ XRONİKA
MALAYZİYANIN ALİ BAŞÇISI ƏLAHƏZRƏT TUANKU SEYİD SİRACUDDİN PUTRA CAMALULLAİLƏ
Əlahəzrət,
Malayziyanın milli bayramı – Müstəqillik günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı şəxsən öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.
Əminəm ki, Azərbaycan ilə Malayziya arasında təşəkkül tapmış dostluq və əməkdaşlıq münasibətlərini inkişaf etdirmək üçün bundan sonra da birgə səylər göstərəcəyik.
Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Malayziya xalqına sülh və firavanlıq arzulayıram.
Hörmətlə,
İlham Əliyev,
Azərbaycan Respublikasının Prezidenti.
Bakı şəhəri, 20 avqust 2004-cü il.