Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

MDB Parlamentlərarası Assambleya Şurasının Baş katibi Dmitri Kobitskidən, MDB Parlamentlərarası Assambleya Şurasının Baş katibinin müavini - Azərbaycan Respublikası Milli Məclisinin MDB Parlamentlərarası Assambleyasında səlahiyyətli nümayəndəsi Aydın Cəfərovdan

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli İlham Heydər oğlu.

MDB iştirakçısı olan dövlətlərin Parlamentlərarası Assambleya Şurasının katibliyi adından doğum gününüz münasibətilə ən səmimi təbriklərimizi qəbul edin.

Siz görkəmli dövlət xadimi və siyasi xadim olaraq, Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafı və beynəlxalq arenada nüfuzunun möhkəmlənməsi üçün çox iş görmüsünüz və görürsünüz. Birlik ölkələrinin parlamentariləri MDB iştirakçısı olan dövlətlər arasında çoxşaxəli qarşılıqlı faydalı əməkdaşlığın və dostluq əlaqələrinin inkişafına Sizin böyük şəxsi töhfənizi yüksək qiymətləndirirlər.

Sizə səmimi-qəlbdən möhkəm cansağlığı, xoşbəxtlik, firavanlıq, tükənməz enerji, qətiyyət və nikbinlik, Azərbaycan Respublikasının tərəqqisi və onun vətəndaşlarının firavanlığı naminə coşqun və çoxşaxəli fəaliyyətinizdə yeni uğurlar arzulayırıq!

Hörmətlə,

Dmitri Kobitski
MDB Parlamentlərarası Assambleya Şurasının Baş katibi,
 
Aydın Cəfərov
MDB Parlamentlərarası Assambleya Şurasının Baş katibinin müavini -
Azərbaycan Respublikası Milli Məclisinin MDB Parlamentlərarası Assambleyasında səlahiyyətli nümayəndəsi

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin