Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

MDB Parlamentlərarası Assambleyası Şurasının baş katibi, Yuri Osipovdan
MDB Parlamentlərarası Assambleyası Şurasının baş katibinin müavini Aydın Cəfərovdan

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli İlham Heydər oğlu.

Doğum gününüz münasibətilə MDB üzvü olan dövlətlərin Parlamentlərarası Assambleyası Şurası adından səmimi təbriklərimizi qəbul edin.

Siz - görkəmli siyasi və dövlət xadimi olaraq Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafı, onun beynəlxalq aləmdə nüfuzunun möhkəmlənməsi üçün çox iş görürsünüz. Birlik ölkələrinin parlamentariləri MDB üzvü olan dövlətlər arasında çoxplanlı qarşılıqlı faydalı əməkdaşlığın inkişafına və dostluq əlaqələrinin genişlənməsinə Sizin böyük şəxsi töhfənizi yüksək qiymətləndirirlər.

İcazə verin, Sizə möhkəm cansağlığı, xoşbəxtlik və Azərbaycan Respublikasının firavanlığı naminə fəaliyyətinizdə yeni uğurlar diləyək.

Hörmətlə,

Yuri Osipov

MDB Parlamentlərarası Assambleyası Şurasının baş katibi,

Aydın Cəfərov

MDB Parlamentlərarası Assambleyası Şurasının baş katibinin müavini

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin