REGİONLAR


MDU-da növbəti tibbi-profilaktik və dezinfeksiya işləri aparılıb

Bakı, 19 noyabr, AZƏRTAC

Noyabrın 19-da Mingəçevir Dövlət Universitetində (MDU) növbəti dəfə tibbi-profilaktik və dezinfeksiya işləri aparılıb.

Universitetdən AZƏRTAC-a bildirilib ki, Mingəçevir şəhər Dezinfeksiya Stansiyasının əməkdaşları tərəfindən həyata keçirilən dezinfeksiya işləri auditoriya və laboratoriyaları, inzibati otaqları, dəhlizləri, həyətyanı əraziləri, idman zalını, kitabxananı və sanitar qovşaqları əhatə edib.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarlarının icrası çərçivəsində mütəmadi olaraq həyata keçirilən dezinfeksiya tədbirləri şəhər Dezinfeksiya Stansiyasının əməkdaşları tərəfindən aparılır.

Qeyd edək ki, mövcud vəziyyətlə əlaqədar olaraq MDU-da aparılan tədbirlər bununla da kifayətlənmir. “COVID-19” pandemiyasına qarşı mübarizə məqsədilə əməkdaşlar və tələbələr arasında daim maarifləndirmə işləri aparılır.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.