İDMAN
MİLLİ QURTULUŞ GÜNÜNƏ HƏSR OLUNMUŞ TURNİRİN QALİBLƏRİ MƏLUM OLMUŞDUR
AZƏRTAC xəbər verir ki, 15 İyun – Milli Qurtuluş günü münasibətilə Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə 1993-94-cü il təvəllüdlü yeniyetmələr arasında sərbəst güləş üzrə keçirilən paytaxt birinciliyi başa çatmışdır.
“Pəhləvan” idman klubunda keçirilən yarışlarda Bakının 10 idman klubu və cəmiyyətindən 160-a yaxın güləşçi iştirak etmişdir. Samir Bayramov (23 kq), Camal Şıxhəsənli (29 kq), Sənan Zeynalov (35 kq), Murad Mürsəliyev (38 kq), Kamran Əliyev (42 kq), İlkin Mirzəzadə (53 kq), Rəfael Zeynalov (59 kq), Namiq Əhmədov (73 kq) və Yusif Qarabəyli (85 kq) birinci yeri tutmuşlar. İdmançılara diplom və qiymətli hədiyyələr təqdim olunmuşdur.
İyunun 17-18-də isə 26 İyun - Silahlı Qüvvələr günü ilə əlaqədar yunan-Roma güləşi üzrə Bakı şəhər birinciliyi keçiriləcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.05.2024 [17:50]
“Qarabağ”ın sabiq qapıçısı millidəki karyerasını bitirib
- 07.05.2024 [16:50]
Azərbaycanın bədii gimnastı Dünya Kubokunda mübarizə aparacaq
- 07.05.2024 [16:48]
İngiltərə Premyer Liqasında daha bir klubun xalları silinib
- 07.05.2024 [16:22]
“Araz-Naxçıvan” futzal klubu 15 ildən sonra Azərbaycan Kubokunun qalibi olub
- 07.05.2024 [16:14]
Azərbaycanlı güləşçinin oğlu ABŞ-da ötən ilin ən yaxşısı seçilib
- 07.05.2024 [15:23]
Azərbaycan parakarateçiləri Avropa çempionatında iştirak edəcəklər
- 07.05.2024 [13:38]