Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

MİSİR ƏRƏB RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB MƏHƏMMƏD HÜSNİ MÜBARƏKƏ

Hörmətli cənab Prezident,

Misir Ərəb Respublikasının milli bayramı – İnqilab günü münasibətilə Sizi və dost Misir xalqını səmimi qəlbdən təbrik edirəm.

Azərbaycan-Misir əlaqələrinin inkişafına böyük əhəmiyyət verirəm. Əminəm ki, ölkələrimizin potensial imkanlarından daha tam istifadə etməklə, bir çox sahələrdə qarşılıqlı faydalı əməkdaşlığa nail ola bilərik.

Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, ölkənizə əmin-amanlıq və firavanlıq arzulayıram.

Hörmətlə,

Heydər Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 22 iyul 2002-ci il

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin