İQTİSADİYYAT
MOLDOVADA İŞSİZLƏRİN SAYI ARTMAQDADIR
AZƏRTAC-ın xüsusi müxbiri Kişinyovdan xəbər verir ki, Moldova Milli Əmək Məşğulluğu Agentliyinin məlumatına görə, ölkədə işsizlərin sayı getdikcə artır və bu səbəbdən də hər boş yerə azı yeddi adam namizəddir.
Respublikada rəsmən 27.350 işsiz qeydə alınmışdır, boş iş yerlərinin sayı isə cəmi 3.800-dür. Məşğulluq Agentliyinin məlumatına görə isə, Moldovada, təxminən 140 min işsiz var və onların 42,5 faizi qadınlardır. İlin əvvəlindən bəri işsizlərin sayı 10,6 faiz artmışdır. Onların yalnız hər 11 nəfərindən biri işsizliyə görə orta hesabla 183 ley (13 dollar) alır.
Miqrasiya xidmətlərinin məlumatında göstərilir ki, işsizlik, demək olar, 600 min adamı və ya əmək qabiliyyətli hər üç nəfərdən birini cəlavi-vətən etmişdir. Moldovalı qeyri-leqal fəhlələrin böyük əksəriyyəti qazanc ardınca Rusiya, Türkiyə, Yunanıstan, Portuqaliya və digər Avropa ölkələrinə getmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.05.2024 [16:23]
Çin investorları Azərbaycandakı əlverişli sərmayə mühitindən yararlanırlar
- 07.05.2024 [14:28]
Dərinsulu Günəşli platformasının profilaktik işlər proqramı başa çatıb
- 07.05.2024 [13:27]
Laos Azərbaycanın təcrübəsindən yararlanmaq istəyir
- 07.05.2024 [13:19]