İQTİSADİYYAT
MONİTORİNQİN İKİNCİ MƏRHƏLƏSİ DƏ BAŞA ÇATMIŞDIR
bp-dən AZƏRTAC-a bildirmişlər ki, milli qeyri-hökumət təşkilatları Bakı-Tbilisi-Ceyhan neft və Cənubi Qafqaz qaz boru kəмərlərinin Azərbaycan hissəsinin auditinin 2-ci mərhələsini başa çatdırmışlar.
Audit prosesində sosial məsələlər, insan haqları, ətraf mühit, arxeologiya, yerli resurslar, şirkətin üzərinə götürdüyü öhdəliklərin yerinə yetirməsi kimi sahələr əhatə edilmişdir.
Monitorinqin nəticəsi olaraq bp tərəfindən qəbul olunmuş bəzi məlumatlar və tövsiyələr də müəyyənləşdirilmişdir.
bp-nin nümayəndəsi Dan Bliss demişdir ki, biz monitorinq və audit proqramından olduqca məmnun qaldıq və bp ilə səmərəli əməkdaşlıqda maraqlı olan vətəndaş cəmiyyəti üzvlərinə dəstəyi və onlarla tərəfdaşlığı davam etdirəcəyik.