İQTİSADİYYAT
MÜASİR LABORATORİYA AVADANLIĞININ TƏQDİMATI KEÇİRİLMİŞDİR
Rusiyanın “Laverna” şirkətlər qrupu Azərbaycan Dövlət Neft Şirkətində müasir laboratoriya avadanlığının təqdimatını keçirmişdir.
“Laverna” neftçıxarma və neftayırma sənaye müəssisələrini neftin və qazın, onlardan alınan məhsulların keyfiyyətini öyrənmək, fiziki-kimyəvi analizini aparmaq üçün tətbiq edilən laboratoriya avadanlığı ilə təchiz etmək sahəsində ixtisaslaşmışdır.
Dövlət Neft Şirkətindən AZƏRTAC-a bildirmişlər ki, şirkətlər qrupunun nümayəndələri reklam materialları əsasında müasir laboratoriya avadanlığı, onların xüsusiyyətləri və iş prinsipləri barədə məlumat vermişlər.
Təqdim edilən avadanlıq dünyanın aparıcı şirkətləri tərəfindən hazırlanır. “Laverna” həmin avadanlığı alaraq sifarişçilərin arzuladığı yerdə quraşdırır. ARDNŞ Rusiya şirkətlər qrupunun bu təklifini öyrəndikdən sonra müvafiq qərar qəbul edəcəkdir.