Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin rektoru, akademik Viktor Sadovniçidən

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Çox hörmətli İlham Heydər oğlu.

İcazə verin, şəxsən öz adımdan və M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin kollektivi adından Sizi və Sizin simanızda bütün Azərbaycan xalqını əlamətdar gün – Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi münasibətilə təbrik edim.

Bu bayram Azərbaycan xalqının tarixində mühüm dönüş nöqtəsi – azadlığa qovuşma və davamlı sosial-iqtisadi inkişafın və tərəqqinin nümunəsi olan demokratik yolun başlanğıcıdır. Bir əsrlik dövr ərzində Azərbaycan xalqı ötən yüzilliyin layiqli milli xüsusiyyətlərini, çox zəngin ənənələrini və yeniliklərini ahəngdar surətdə əlaqələndirərək, daha yaxşı gələcək naminə yorulmadan öz xoşbəxtliyini qurmuş, yaradıcı potensialını artırmışdır.

Sevindirici haldır ki, Azərbaycan Respublikasının inkişafına Moskva Dövlət Universiteti də əlindən gələn töhfəsini verir. MDU-nun Bakı şəhərində yerləşən filialı respublikanın elm-təhsil sisteminin incisinə çevrilmişdir və Azərbaycan Respublikasının siyasi, iqtisadi və sosial inkişafına hər gün öz misilsiz töhfəsini verən gənc peşəkar kadrların hazırlanması gələcək nəsillərin həyat şəraitinin yaxşılaşdırılması işində xüsusi rol oynayır.

Çox hörmətli İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı, bundan sonrakı ali dövləti fəaliyyətinizdə uğurlar, Azərbaycan xalqına isə sülh və rifah arzulayıram.

Hörmətlə,

 

Viktor Sadovniçi

M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin rektoru, akademik

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin