RƏSMİ SƏNƏDLƏR


Macarıstanın Prezidenti Yanoş Aderdən

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident.

İcazə verin, Respublika Günü münasibətilə Sizə və xalqınıza səmimi qəlbdən təbriklərimi və ən xoş arzularımı bildirim.

Böyük məmnunluq hissi ilə qeyd etmək istərdim ki, son illərdə ölkələrimiz arasında əməkdaşlıq dinamik inkişaf edir. Azərbaycan bizim üçün mühüm tərəfdaşdır və biz Sizin ölkə ilə ümumi tarixi və mədəni əlaqələri bölüşürük.

Macarıstanın ölkələrimiz arasındakı münasibətlərin daha da möhkəmləndirilməsinə və qarşılıqlı faydalı əməkdaşlığımızın genişləndirilməsinə sadiq qaldığını bir daha təsdiq edirəm.

Sizə ali dövləti fəaliyyətinizdə böyük uğurlar və cansağlığı arzulayır, Azərbaycan xalqına isə sülh və firavanlıq diləyirəm.

Dərin hörmətlə,

 

Yanoş Ader

Macarıstanın Prezidenti

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin