Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Macarıstanın Prezidenti Yanoş Aderdən

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident.

İcazə verin, Sizi və Azərbaycan xalqını milli bayramınız – Respublika Günü münasibətilə təbrik edim.

Azərbaycan bizim üçün yalnız strateji tərəfdaş deyil, həm də dost ölkədir. Bizim ortaq mədəni ənənələrimiz ölkələrimiz arasındakı əlaqələri daha da sıxlaşdırır.

Əminliklə deyə bilərəm ki, biz xarici siyasətimizdə Azərbaycanla əlaqələrimizin inkişafına böyük diqqət yetiririk. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası və həmçinin onun Budapeştdə yerləşən ofisi bu əlaqələrin gələcək inkişafına təkan verəcək.

Cənab Prezident, Sizə cansağlığı və ali vəzifənizdə uğurlar arzulayıram.

 

Yanoş Ader

Macarıstanın Prezidenti

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin