MƏDƏNİYYƏT
Madriddə Novruz şənliyi keçirilib
Madrid, 19 mart, AZƏRTAC
Azərbaycanın İspaniyadakı səfirliyinin dəstəyi və Madriddə yaşayan azərbaycanlıların iştirakı ilə Novruz şənliyi keçirilib.
AZƏRTAC xəbər verir ki, milli yeməklərimiz və Novruz şirniyyatları süfrəsi arxasında toplaşmış azərbaycanlılar bu gözəl bayram vasitəsilə yenidən bir araya gələrək ənənələrimizə uyğun bayramı qeyd ediblər. Onlar yumurta döyüşdürmüş, səməni ətrafında novruz şamlarını alışdırıblar.
Daha sonra həmyerlilərimizin ifasında Azərbaycan və ispan mahnıları səslənib.
Aygün Əliyeva
AZƏRTAC-ın xüsusi müxbiri
Madrid
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.05.2024 [16:38]
"Yaşıl dünya naminə həmrəylik ili"nə həsr olunmuş konsert
- 07.05.2024 [16:37]
Xalq yazıçısı İsmayıl Şıxlının xatirəsi anılıb
- 07.05.2024 [15:40]
Ölkəmiz Ankarada beynəlxalq mədəniyyət festivalında təmsil olunub
- 07.05.2024 [12:43]
Azərbaycanda ilk dəfə keçirilən Milli Xalça Festivalı yekunlaşıb
- 07.05.2024 [12:28]