ELM VƏ TƏHSİL


Magistr və Doktorantların III Beynəlxalq Elmi Konfransı bölmə iclasları və vorkşoplarla davam edib

Bakı, 7 iyun, AZƏRTAC

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC), İqtisadiyyat Nazirliyi, Təhsil Nazirliyi və Gəncə Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı, “PAŞA Holdinq”in baş sponsorluğu ilə İqtisadiyyat və İdarəetmə Sahəsində Magistr və Doktorantların III Beynəlxalq Elmi Konfransı öz işini bölmə iclasları və vorkşoplarla davam etdirir.

UNEC-dən AZƏRTAC-a bildirilib ki, konfransın bölmə iclaslarında 34 ölkədən 700-ə yaxın nümayəndə iştirak edir. Ümumilikdə 66 bölmədə 444 və 16 vorkşopda 65 məruzə dinlənib. Konfransın məruzələrində mövzuları Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qarabağın bərpası ilə bağlı verdiyi tövsiyələr, o cümlədən “ağıllı şəhər”, “ağıllı kənd”, “yaşıl enerji” kimi yeni inkişaf modelləri nəzərə alınıb. Seminarlar “Ağıllı və dayanıqlı şəhərlər”, “Azərbaycanda postmüharibə dövründə məşğulluq və investisiyalar”, “Gəncə timsalında şəhərlərin brendləşməsi”, “Müasir dünyada rəqəmsal iqtisadiyyat”, “Blokçeyn texnologiyalar və rəqəmsal valyutalar”, “IV Sənaye İnqilabı”, “Sosial biznes və sosial sahibkarlığın iqtisadiyyata təsirləri”, “Azərbaycanda elektron ticarət və elektron ixracat perspektivləri”, “Yaşıl şəhərlər və yaşıl inkişaf perspektivləri”, “Akademik uğurun formulası” və digər mövzular müzakirə edilir.

Xatırladaq ki, Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 2021-ci ilin ölkəmizdə “Nizami Gəncəvi İli” elan olunması ilə əlaqədar konfrans “Nizami Gəncəvi və davamlı inkişaf” mövzusuna həsr olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.