ELM VƏ TƏHSİL


Magistrlərin imtahan nəticələrini qiymətləndirmək üçün attestasiya komissiyası təsdiqlənib

Bakı, 6 fevral, AZƏRTAC

Fevralın 6-da Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Riyaziyyat və Mexanika İnstitutunda elmi şuranın iclası keçirilib.

İnstitutdan AZƏRTAC-a bildiriblər ki, iclasda çıxış edən elmi müəssisənin direktoru, AMEA-nın müxbir üzvü Misir Mərdanov AMEA-nın prezidentinin akademiyanın strukturunun optimallaşdırılması və idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı təkliflərin hazırlanması və “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” nın icrası haqqında sərəncamlarının əhəmiyyətindən danışıb.

Sonra I və II kurs magistrlərin 2018-2019-cu tədris ilinin payız semestri və qış imtahan sessiyasının nəticələrinə görə attestasiyaları üçün komissiyanın, magistraturada tədris olunan dərslərin fənn proqramlarının və dərs cədvəlinin təsdiqi məsələlərinə baxılıb.

Eyni zamanda, I və II kurs magistrlərin 2018-2019-cu tədris ilinin payız semestri və qış imtahan sessiyasının nəticələrini qiymətləndirmək üçün attestasiya komissiyası təsdiq edilib, bir sıra cari məsələlər müzakirə olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.