Azərbaycan Dövlət İnformasiya Agentliyi

İDMAN

Mahir Məmmədov: Bakı Şahmat Olimpiadası iştirakçı ölkələrin sayına görə rekorda imza atacaq

Mahir Məmmədov: Bakı Şahmat Olimpiadası iştirakçı ölkələrin sayına görə rekorda imza atacaq

Bakı, 3 avqust, AZƏRTAC 

Bakı Şahmat Olimpiadası Əməliyyat Komitəsinin direktoru, Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Mahir Məmmədov mötəbər yarışa hazırlıqla bağlı Əməliyyat Komitəsinin mətbuat xidmətinin suallarını cavablandırıb.

AZƏRTAC müsahibəni təqdim edir.

- Bakı Şahmat Olimpiadasının başlanmasına az vaxt qalır. Mötəbər yarışa hazırlıq işləri hansı mərhələdədir?

- Bakı Şahmat Olimpiadasına hazırlıq işlərini Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı əsasında yaradılan Təşkilat Komitəsi həyata keçirir. Təşkilat Komitəsinə Baş nazirin birinci müavini Yaqub Eyyubov rəhbərlik edir. Təşkilat Komitəsinin nəzdində fəaliyyət göstərən Bakı Şahmat Olimpiadası Əməliyyat Komitəsi hazırda gərgin iş prosesindədir. Komitə həm beynəlxalq şahmat qurumları ilə, iştirakçı ölkələrlə əlaqə saxlayır, həm də ölkə daxilində yarışın keçirilməsinə aidiyyəti olan təşkilatlarla birgə çalışır. Əməliyyat Komitəsinin əsas ofisi ötən il ilk Avropa Oyunlarının yerləşdiyi binadadır. Digər ofisimiz Şahmat Olimpiadasının keçiriləcəyi “Baku Crystal Hall”da yerləşir. Orada yarışın keçirilməsi ilə əlaqədar xüsusi komanda işləyir.

- Bakı Şahmat Olimpiadasında neçə ölkənin iştirakı gözlənilir?

- Beynəlxalq Şahmat Federasiyası (FİDE) olimpiadalarda iştirakçı ölkələrin sayının artmasına çalışır. Bakıdakı olimpiadada rekord səviyyədə iştirakçı olacaq. Bundan əvvəl Norveçdə keçirilən Olimpiadada 172 ölkə iştirak edib. Bakıda 180 ölkə təmsil olunacaq. Qeydiyyat davam edir, ona görə də ölkələrin sayının artması mümkündür. FİDE-nin 189 üzvü var. Faktiki biz maksimum saya nail olmağa yaxınlaşırıq. Bakıdakı Olimpiada iştirakçı ölkələrin sayına görə yeni rekorda imza atacaq.

- Olimpiadanın açılışı ilə bağlı danışaq. Açılış mərasimində tamaşaçıları hansı sürprizlər gözləyir?

- Olimpiadanın açılış və bağlanış mərasimlərinə hazırlıq davam edir. Bağlanış adətən texniki xarakter daşıyır. Açılışda isə təşkilatçı ölkənin tarixi, idmana bağlılığı, olimpiada barədə müəyyən məqamlar nümayiş olunacaq. Hazırda ssenari üzərində iş gedir. Mərasim Milli Gimnastika Arenasında olacaq. Açılış mərasimində 2500-2600 tamaşaçının iştirakı gözlənilir. Bu barədə ətraflı danışmaq istəməzdim. Çünki açılış mərasimi canlı yayımlanacaq. Tamaşaçıları intizarda saxlamaq daha maraqlı olardı. Əmin ola bilərsiniz ki, maraqlı bir açılış olacaq. Burada Azərbaycanın şahmata bağlılığı, ölkəmizin qədim tarixi və digər məqamlar göstəriləcək.

- Olimpiadada çoxlu sayda əcnəbi qonaqlar, o cümlədən şahmatçılar Bakıya gələcək. Onların viza məsələsi necə həll olunur?

- Hazırda ən vacib iş vizaların alınmasının sürətlənməsidir. Dövlətimizin başçısının Sərəncamı əsasında olimpiadaya gələcək şahmatçıların viza almaq prosesi müəyyənləşdirilib. Hər bir ölkədən gələcək iştirakçıların adı dəqiqləşir. Bütün şahmatçıların və qonaqların viza almasını sürətləndiririk. Xarici İşlər Nazirliyi, Dövlət Miqrasiya Xidmətinin köməyi ilə şahmatçıların yerində viza almasına nail oluruq. Olimpiadada iştirak edəcək komandalar Bakıya eyni vaxtda gələcək. Əgər viza hava limanında alınacaqsa bu onların gömrük nəzarətini keçməsini ləngidəcək. Ona görə həmin prosesə əvvəlcədən hazırlaşırıq ki, vizalar əvvəlcədən alınsın və şahmatçılar hava limanında artıq vaxt itirməsin.

- Yarış zamanı nəqliyyat, təhlükəsizlik məsələləri necə tənzimlənəcək?

- Şahmatçılar oteldən “Baku Crystal Hall”a rahat yola salınacaq. Bununla bağlı nəqliyyatın hərəkətinin müəyyən məşqi keçirilir. Təhlükəsizlik xidməti ilə bağlı şirkət müəyyənləşib. Şirkət hazırda əməkdaşların təlimi ilə məşğuldur. Yarış zalı və paralel tədbirlərin olacağı məkanlarda təhlükəsizlik tədbirlərinin yüksək səviyyədə olması üçün iş aparılır.

Eyni zamanda, şəhərdə bayram əhval-ruhiyyəsini yaratmaq məqsədilə olimpiadaya aid məkanlarda lazımi bannerlər yerləşdiriləcək. Olimpiadaya yaxın məkanda müəyyən tədbirlərimiz olacaq. Bildiyiniz kimi, 14 otellə əməkdaşlıq edəcəyik. 2500-ə yaxın şahmatçı və hakim bu otellərdə məskunlaşacaq. Hər bir mehmanxanada nümayəndəmiz çalışacaq. Olimpiada müddətində qaynar xətt fəaliyyət göstərəcək. İstənilən sualla əlaqədar qonaqlar bu nömrəyə zəng vura biləcək.

- Ermənistan mətbuatında bu ölkə şahmatçılarının olimpiadada iştirak etməyəcəyi barədə xəbər yayılıb. Bu barədə Əməliyyat Komitəsinə rəsmi müraciət göndərilib?

- Ermənistan komandasının təhlükəsizliyinə zəmanət vermişik. Onların Bakıdakı yarışda iştirakı ilə bağlı müəyyən təcrübəmiz var. Bakı Şahmat Olimpiadasında iştirak etməyəcəklərsə, bu, onların məsuliyyətidir. Düzünü desəm, biz belə qərar gözləmirdik. Çünki Ermənistan şahmatçıları Bakıda keçirilən son Dünya Kubokunda iştirak ediblər. Levon Aronyan da daxil olmaqla Ermənistan şahmatçılarının Bakıya gəlməsində heç bir problem yaşanmayıb. Ermənistan olimpiadada iki komanda ilə çıxış etməli idi. Ona görə belə məlumatı eşitmək bizim üçün gözlənilməz oldu.

FİDE prezidenti Kirsan İlyümjinov Bakıda olduğu zaman, gənclər və idman naziri Azad Rəhimov ilə söhbətində də vurğulamışdı ki, Ermənistan tərəfi bu məsələni müzakirə edir. Yəqin son anda gəlməmək barədə qərar qəbul ediblər. Hərçənd bizdə heç bir rəsmi sənəd yoxdur. Biz hələ də onların gəlişinə hazırıq. Gəlmək istəsələr onları qəbul edəcəyik.

- Olimpiadada 6 komandamız mübarizə aparacaq. Şahmatçılarımızın qarşısına hansı məqsəd qoyulub?

- Üç təlim-məşq toplanışı nəzərdə tutulmuşdu. Artıq iki hazırlıq mərhələsi arxada qalıb. Növbəti məşq prosesi avqustun 9-da olacaq. Ümid edirik ki, avqustun sonuna bütün şahmatçılarımız olimpiadaya hazır olacaq. Əsas komandalardan həmişə böyük nəticələr gözləyirik. Hər bir yarışda başlıca məqsəd qalib gəlməkdir. İkinci-üçüncü komandalardan nəticə tələb etmək sadəlövhlük olar. Qadın komandamızın şansları azdır. Kişi şahmatçılardan ibarət yığmamız isə əksinə, həmişə dünyada ən güclülər sırasında olub. Norveçdə keçirilən son olimpiadada 2-5-ci yerləri bölüşdürdük. Son 8 ildə iki dəfə Avropa çempionu olmuşuq. Komandamız kifayət qədər təcrübəli və titulludur. Qələbə gözləməyə əsasımız var. Sözsüz ki, bu idmandır, hər şey ola bilər. Amma çalışacağıq ki, qalib gələk.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Sağlam həyat tərzi həyatımıza daha 5 il əlavə edə bilər - Araşdırma

Baki Kirxasında Uitni Hyustonun məşhur sevgi etirafı səsləndirilib

Samir Şərifov: Azərbaycan Orta Dəhlizin ən vacib iştirakçılarından biridir

Bakı pravoslavları da Pasxa bayramını qeyd edirlər

Sadiq Xan üçüncü dəfə London meri seçilib

Azərbaycanın şimal bölgəsindəki pravoslavlar Pasxa bayramını qeyd edirlər

Abşeron Milli Parkında ekoloji aksiya

“Təhsildə yeni çağırışlar” - növbəti regional konfrans Xaçmazda təşkil olunub

Azərbaycan cüdoçuları Göygöl Avropa Kubokunun ilk günündə 10 medal qazanıblar

Azərbaycanla Qambiya diplomatik pasport sahibləri üçün viza tələbini aradan qaldırıb

“Qarabağ” aparıcı oyunçusu ilə müqavilənin müddətini uzadıb

IOFS-in baş direktoru Azərbaycanın beynəlxalq yardım fəaliyyəti barədə məlumatlandırılıb

İƏT Sammitində Ermənistan İslam irs nümunələrinin dağıdılmasına görə bir daha qınanılıb

“Real Madrid” 36-cı dəfə İspaniya çempionu olub

Azərbaycanla Banqladeş arasında səhiyyə sahəsində əməkdaşlıq imkanları müzakirə olunub

Qurban Qurbanov: Məğlubiyyətə baxmayaraq, "Neftçi" böyük klubdur

Azərbaycanın xarici işlər naziri pakistanlı həmkarı ilə Qambiyada görüşüb

Bədii gimnastika üzrə Avropa Kuboku: Azərbaycanın gənclərdən ibarət komandası beşinci olub

Şəki sakini iki həmkəndlisini odlu silahla qətlə yetirib

Nazir: Zəngəzur dəhlizi Cənubi Qafqazdakı bütün ölkələrin bəhrələnməsinə imkan yaradacaq

“Neftçi”nin baş məşqçisi azarkeşlərdən üzr istəyib

Azərbaycan-Somali əməkdaşlığının hazırkı səviyyəsindən məmnunluq ifadə olunub

Premyer Liqa: "Qarabağ" derbidə "Neftçi"ni böyük hesabla məğlub edib

Azərbaycanla Mərakeş arasında viza rejimi aradan qaldırılıb

Atıcılıq üzrə Dünya Kuboku: Qarışıq komanda növündə qaliblər bəlli olub

NATO siyasətçiləri Azərbaycanı təbrik ediblər

Hacı Zeynalabdin Tağıyevin evində ona həsr olunan mükafatın təqdim edilmə mərasimi keçirilib VİDEO

Şəmkirdə minik avtomobili dərəyə aşıb ölən və xəsarət alanlar var

Gürcüstanda ağır yol qəzası olub, 2 nəfər ölüb, 7 nəfər yaralanıb

BDU-da ASEAN Parlamentlərarası Assambleyanın nümayəndə heyəti ilə görüş keçirilib

Mayın 5-6-da geomaqnit qasırğası olacaq

“Viva-Opera!” Bakıda I Beynəlxalq Opera Festivalı möhtəşəm konsert proqramı ilə başa çatıb

Şuşada “Yaşıl dünya naminə həmrəylik ili” ilə əlaqədar təşəbbüslərin müzakirəsi keçirilib

Azərbaycanın xarici işlər naziri Qambiyada türkiyəli həmkarı ilə görüşüb

Sabunçu rayonunda qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub

® Naxçıvan Dövlət Universitetində “Beyin ölümü diaqnozunun təyininə multidissiplinar yanaşma” mövzusunda elmi konfrans keçirilib

Stolüstü tennis üzrə ölkə birinciliyinin qalibləri müəyyənləşib

Naxçıvanda yubiley medalı ilə təltif olunan müəllimlərlə görüş keçirilib

Premyer Liqa: Lider “Arsenal” inamlı qələbə qazanıb

Azərbaycan gimnastı: Doğma divarlar arasında yarışmaq insana zövq verir

“İnnovator” vizası ilə Londona işləməyə gedən ilk azərbaycanlı xanım: “Rəqabət güclüdür” - REPORTAJ VİDEO

Amil Amal: Növbəti Beynəlxalq Turan Film Festivalının Laçında keçirilməsi planlaşdırılır

“Marc Jacobs” sürünənlərin və dəvəquşuların dərisindən istifadəni dayandırır

Pakistanın MUSLİM İnstitutunun direktoru DQİDK-da olub

Nazir müavini: Düşərgənin ilk günündən gənclərin çox maraqlı ideyalarının, layihələrinin olduğunu görürük

Mikrobiologiya İnstitutunun əməkdaşları beynəlxalq konfransda çıxış ediblər

Azərbaycanın Moldova ilə insan hüquqları sahəsində təcrübə mübadiləsi məsələsi müzakirə edilib

Azərbaycan Gimnastika Federasiyası daha bir Anlaşma Memorandumu imzalayıb

Ərəb Dünyası İnstitutunun direktoru: Multikulturalizm Azərbaycanda həyat tərzi kimi qəbul edilib

Məşhur fotoqraf Reza Deqatinin Qarabağla bağlı kitablarının ilin sonunadək təqdimatı olacaq

Məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başa çatır

“Dantenin yubileyi” növbəti dəfə səhnədə

Bədii gimnastika üzrə Avropa Kuboku: Çarpaz qarşılaşmada qaliblər bəlli olub VİDEO

Çinin dövlət gülü hesab olunan pionun becərildiyi Hıcı şəhərindən VİDEOREPORTAJ

Alman şirkəti kosmosa parafinlə işləyən ilk raketi buraxıb

İrakli Kobaxidze: Gürcüstan yaşıl dəhliz layihəsi çərçivəsində əməkdaşlıqda maraqlıdır

AİB COP29-la əlaqədar Azərbaycan Prezidentinə müraciət ünvanlayıb

Nüfuzlu yarışlarda Azərbaycanı uğurla təmsil etmiş idmançılarla görüş olub

Azərbaycan geosiyasi arenada nüfuzlu aktor kimi çıxış edir ŞƏRH

Dələduzlar insanları mövcud olmayan çiçək toxumları ilə aldadır

Gülçöhrə Məmmədova: Memarlıq təhsili üçün Şəkini görmək çox vacibdir

Culian çox yorğundur - Stella Assanjın AZƏRTAC-a özəl müsahibəsi VİDEO

Polis əməkdaşları Binəqədi rayonunda dörd obyektdə 63 kəsici-deşici alət aşkarlayıb

“Yeni Tərtər” qəzetinin 90 illik yubileyi qeyd olunub

DYP “Bakı Marafonu-2024” ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib

Tovuzda zəlzələ olub

Bakıda keçirilən atıcılıq üzrə Dünya Kubokunda növbəti qaliblər müəyyənləşib

Konstitusiya Məhkəməsinin Plenumunun iclasında Ali Məhkəmənin müraciəti əsasında konstitusiya işinə baxılıb

Birinci sinfə elektron qeydiyyatla bağlı suallar cavablandırılacaq

Stradivari skripkası Ukraynadan qanunsuz çıxarılarkən müsadirə olunub

SOCAR-ın Müşahidə Şurasının üzvləri yeni inşa olunan yaşayış kompleksi ilə tanış olublar

Rusiya hökuməti şəkər ixracına müvəqqəti qadağa tətbiq edib

Ankarada keçirilən tədbirdə Qərbi Azərbaycanla bağlı tarixi ədalətin bərpasının vacibliyi vurğulanıb

COP29 ilə əlaqədar Təşkilat Komitəsinin üçüncü iclasında mühüm məsələlər müzakirə olunub VİDEO

Naxçıvanda STEAM təhsili üzrə müsabiqədə 250-dən artıq müəllim iştirak edib

Daşkənddə MDB ölkələri könüllülərinin forumu keçirilir

Avropa Kuboku: Azərbaycan gimnastı çarpaz qarşılaşmada rəqibinə qalib gəlib

Xankəndi Şəhər Prokurorluğu yaradılır – SƏRƏNCAM

“Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında baytarlıq sahəsində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

“Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Saziş”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Amerika Dini Azadlıq Mərkəzinin rəhbəri Azərbaycanda tolerantlıq sahəsində görülən işlər barədə məlumatlandırılıb

Xankəndi Şəhər Prokurorluğunun yaradılması haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

“ArchiVision WeekEND Camp” çərçivəsində Şəkidə panel müzakirələr və tələbələrin vörkşopu təşkil olunub VİDEO

Myanmanın şimalında nəsli kəsilməkdə olan quş aşkarlanıb

Stirlinq Fondu Azərbaycanın mina təhlükəsi ilə mübarizəsinə növbəti maliyyə dəstəyini göstərmək niyyətindədir

“Küləyə qalib gəl” şüarı altında keçiriləcək Bakı Marafonunun iştirakçılarına hava şəraiti ilə bağlı TÖVSİYƏ

“Qarabağ uğrunda dastan yazan Göyçə mahalı - Kəsəmən kəndinin igidləri” kitabı nəşr edilib

Norveçli səyyah: Dəqiq mina xəritələrinin təqdim olunması çox sayda insanın həyatını xilas edər VİDEO

Səbail rayonunda quldurluq edən şəxs saxlanılıb

Paytaxtda növbəti ağacəkmə aksiyası keçirilib

Ulu Öndərin ildönümünə həsr olunan mini-futbol turniri keçirilir

Milli Xalça Festivalının açılış mərasimi olub VİDEO

Növbəti rəqəmsal SAT imtahanı keçirilib

Kamila Vaden: Ərazilərin minalardan təmizlənməsinə şahidlik etmək bizi çox sevindirir VİDEO

 Bəzi yerlərdə intensiv yağış, yüksək dağlıq ərazilərdə isə sulu qar yağacaq

Xaricdə ali təhsil almış şəxslər üçün peşə tanınması imtahanında 189 nəfər müvəffəqiyyət qazanıb

Türkiyədə “Qərbi Azərbaycandan məcburi köç” mövzusunda tədbir keçiriləcək

Dialoq Forumunun gündəliyindəki məsələlər Azərbaycanın yeni çağırışların qarşısının alınmasına hərtərəfli töhfəsindən xəbər verir - ŞƏRH

Bakıda qonaqpərvərlik sahəsi üzrə karyera sərgisi təşkil olunub

Ekspert: Elektrik və qazpaylayıcı şəbəkələrdə yeni tənzimləmələr xərclərin optimallaşdırılmasına təsirini göstərəcək