Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Makedoniya Respublikasının Prezidenti Zati-aliləri cənab Gyorge İvanova

Hörmətli cənab Prezident,

Ölkənizin milli bayramı - Müstəqillik Günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Azərbaycan-Makedoniya münasibətləri dinamik inkişaf yolundadır. Ümidvaram ki, dostluq əlaqələrimizin daha da möhkəmlənməsi, qarşılıqlı maraq doğuran əməkdaşlığımızın inkişafı xalqlarımızın rifahına daim töhfələr verəcəkdir.

Bu xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Makedoniya xalqına əmin-amanlıq və firavanlıq arzulayıram.

Hörmətlə,

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 5 sentyabr 2018-ci il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin