İDMAN
Maks Ferstappen: Bakı trasının bizim maşınımıza uyğun olduğunu hələ keçən mövsümdə yəqin etdik
Bakı, 25 aprel, AZƏRTAC
“Red Bull” komandasının pilotu Maks Ferstappen Formula 1 çempionatının növbəti mərhələləri barədə ümidlərindən söhbət açaraq vurğulayıb ki, Avstriya komandasının şəhər traslarında uğur qazanması üçün çox yaxşı şansı var.
AZƏRTAC xəbər verir ki, Maks Ferstappen deyib: “İşlər yaxşı gedir. Əlbəttə, nəticələr daha yaxşı ola bilərdi, lakin trekdən kənarda hər şey əladır, özümü xoşbəxt sayıram. Düşünürəm ki, Bakı trasının bizim maşınımıza uyğun olduğunu hələ keçən mövsümdə yəqin etdik. Əlbəttə, marşrutun düzxətli hissələrinin uzun olması bizim üçün ağrılı problemdir, lakin güman edirəm ki, orada rəqabət apara biləcəyik. Mən bu il İspaniyada keçiriləcək yürüşlərə daha çox ümid bəsləyirəm, orada tras əla vəziyyətdədir. Şəhər traslarında bütün mərhələləri həvəslə gözləyirəm, orada qələbə şansımız çox böyükdür.
İndi komandamızın əhvalı 2017-ci ildəki ilə müqayisədə qat-qat yaxşıdır. Hamımız bilirik ki, bizim yaxşı bolidimiz var və bu, bizə çox kömək edir”.