RƏSMİ SƏNƏDLƏR


Mali Respublikasının Prezidenti İbrahim Bubakar Keytadan

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident.

Zati-alinizə, Azərbaycan hökumətinə və xalqına ölkənizin milli bayramı – Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illiyi münasibətilə ən səmimi təbriklərimi və xoş arzularımı çatdırmaqdan çox məmnunam.

Bu xoş fürsətdən istifadə edərək ölkələrimiz arasında mövcud dostluq əlaqələrini və səmərəli əməkdaşlığı möhkəmlətməyə daim hazır olduğumu bir daha təsdiqləmək istərdim.

Zati-alinizə cansağlığı və xoşbəxtlik, Azərbaycan xalqına firavanlıq diləyirəm.

Zati-aliləri, cənab Prezident, xahiş edirəm, Sizə olan ən yüksək ehtiramımı qəbul edəsiniz.

Hörmətlə,

 

İbrahim Bubakar Keyta

Mali Respublikasının Prezidenti

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin