İQTİSADİYYAT
Maliyyə Nazirliyinin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib
Bakı, 12 sentyabr, AZƏRTAC
Bakı Fond Birjasında (BFB) Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 10 milyon manat həcmində, 182 gün tədavül müddətli dövlət qısamüddətli istiqrazlarının (DQİ) yerləşdirilməsi üzrə hərrac keçirilib.
BFB-dən AZƏRTAC-a bildiriblər ki, hərrac zamanı 15 investor tərəfindən qiyməti 94.3543 AZN (12.0661 faiz) və 97.1106 AZN (6.0000 faiz) olan 23 sifariş təqdim edilib.
Maliyyə Nazirliyinin qərarına əsasən, istiqrazların kəsmə qiyməti 96.4148 AZN (7.4986 faiz), orta ölçülmüş qiyməti 96.4633 AZN (7.3935 faiz) müəyyənləşdirilib. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 46 160 200, 00 AZN, yerləşdirilmiş həcmi isə 10 milyon manat təşkil edib. İstiqrazlar 2019-cu il martın 12-də ödəniləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [11:22]
Dövlət Vergi Xidməti: Elektron xidmət təkmilləşdirilib
- 27.08.2023 [07:11]
Dövlət xətti ilə 3886 mənzil kirayə verilib
- 26.08.2023 [14:52]
Hüquqi şəxsin fəaliyyəti yenidən bərpa oluna bilərmi?
- 26.08.2023 [14:50]
ABŞ Federal Ehtiyat Sistemi uçot dərəcələrini artırmağa davam edəcək
- 25.08.2023 [14:44]