QAN YADDAŞI


Mançester və Brayton şəhərlərində “Xocalıya ədalət!” tələbi ilə lövhələr yerləşdirilib

Bakı, 26 fevral, AZƏRTAC

Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Xocalı soyqırımının 29-cu ildönümü ərəfəsində "Xocalıya ədalət!" tələbinin dünyanın müxtəlif ölkələrində nümayiş olunması davam etdirilir.

AZƏRTAC xəbər verir ki, bu dəfə Britaniya-Azərbaycan İcmasının sədri Fəridə Pənahovanın təşəbbüsü ilə "Xocalıya ədalət!" tələbinin əks olunduğu lövhələr ölkənin Mançester və Brayton şəhərlərində yerləşdirilib. Erməni silahlı birləşmələrinin 1992-ci il fevralın 25-dən 26-na keçən gecə azərbaycanlılara qarşı törətdikləri soyqırıma diqqəti cəlb etmək məqsədilə lövhədə https://justiceforkhojaly.org/ portalı da göstərilib.

Hər iki şəhərdə "Xocalıya ədalət!" tələbinin iki həftə ərzində nümayiş olunması nəzərdə tutulub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.