REGİONLAR
Masallıda 33 kiçik sututarında təmir-bərpa işləri başa çatdırılıb
Masallı, 16 noyabr, Bağır Əliyev, AZƏRTAC
“Masallı rayonunda əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamına müvafiq olaraq “Körpü-bina tikinti” MMC-nin inşaatçıları Masallı rayonunun Sığdaş kəndində kənd təsərrüfatı bitkilərinin suvarılması üçün birinci sututarın təmirini başa çatdırıblar. Bu, rayonda təmir edilən sayca 33-cü kiçik sututarıdır.
Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin Masallıdakı Viləşçay Su Anbarı İstismarı İdarəsinin rəisi Mahir Əliyevin AZƏRTAC-ın bölgə müxbirinə verdiyi məlumata əsasən, Sərəncamın icrası istiqamətində indiyədək Masallı rayonunda 37 kiçik sututarından 33-də təmir-bərpa işləri aparılıb, 3 kiçik su tutarında isə təmir işləri bu ilin sonunadək başa çatdırılacaq.
Yeni su tutarlarının istismara verilməsi ərazidə min hektarlarla əkin sahəsinin suvarılmasına kömək edəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.05.2024 [19:21]
Kənd təsərrüfatı nazirinin müavini Qobustanda vətəndaşlarla görüşüb
- 07.05.2024 [19:12]
30 ildən sonra nəşi tapılan şəhid Qəbələnin Qəmərvan kəndində dəfn edilib
- 07.05.2024 [18:56]
Balakənli kümçülərə 700 qutu ipəkqurdu paylanılıb
- 07.05.2024 [17:25]
Sumqayıt Tibb Mərkəzi yaşayış massivində aksiya keçirib
- 07.05.2024 [16:41]
Naxçıvanda vətəndaşlara pulsuz hüquqi yardım göstərilib
- 07.05.2024 [15:15]
Naxçıvan şəhərində “Sağlam həyat” layihəsi həyata keçirilib
- 07.05.2024 [14:58]