REGİONLAR
Masallıda “Breyn-rinq” intellektual oyunu üzrə rayon birinciliyinin qalibləri məlum olub
Masallı, 18 aprel, Bağır Əliyev, AZƏRTAC
Aprelin 18-də Masallı şəhərindəki “ASAN Həyat” kompleksinin İntellektual İnkişaf Mərkəzində ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş ümumtəhsil məktəblərinin XI sinif şagirdləri arasında “Breyn rinq” intellektual oyunu üzrə rayon birinciliyi başa çatıb.
AZƏRTAC xəbər verir ki, Masallı Rayon Gənclər və İdman İdarəsi və rayon təhsil şöbəsinin birgə təşkilatçılığı ilə keçirilən bilik yarışında 100-ə yaxın gənc bilik və bacarığını, intellektual səviyyəsini nümayiş etdirib.
Yarışın yekun nəticələrinə əsasən, Musaküçə kənd tam orta məktəbinin “Uğur” komandası birinci, Banbaşı kənd tam orta məktəbinin “Banbaşı” komandası ikinci, Türkoba kənd tam orta məktəbin “Qartal” komandası üçüncü yerə layiq görülüb.
Rayon birinciliyində qalib gəlmiş komandalar kubok və diplomlarla mükafatlandırılıblar.