CƏMİYYƏT


Masazır qəsəbəsində şagirdlərə yol hərəkəti qaydaları izah olunub VİDEO

Bakı, 4 oktyabr, AZƏRTAC

Abşeron rayonunun Masazır qəsəbəsindəki 4 nömrəli orta məktəbdə Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsinin və Abşeron Rayon Dövlət Yol Polis Şöbəsinin təşkilatçılığı ilə “Diqqət uşaqlar” təhlükəsizlik aylığına həsr edilmiş maarifləndirici tədbir keçirilib.

DİN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə həmin idarələrin məsul əməkdaşları, məktəbin kollektivi, şagirdlər və valideynlər iştirak ediblər.

Baş idarənin əməkdaşları tədbirdə çıxış edərək orta məktəblərdə belə maarifləndirmə tədbirlərinin mütəmadi keçirildiyini bildiriblər. Belə görüşlərin keçirilməsində əsas məqsəd şagirdlərə yol hərəkəti haqqında dolğun məlumat vermək, onlara təhlükəsizlik davranış vərdişlərini aşılamaq və tədris prosesinin səmərəliyinin yüksəldilməsinə dövlət yol polisinin köməyini artırmaqdır.

Görüşdə tədbir iştirakçılarına yol hərəkət qaydaları ətraflı izah olunub və yol mədəniyyətinin yüksəldilməsi barədə maarifləndirici söhbətlər aparılıb. Həmçinin yol hərəkəti qaydalarının kobud şəkildə pozulmasının ağır nəticələrindən bəhs edən videoçarxlar nümayiş olunub.

Sonda şagirdlərə “Yol hərəkəti əlifbası” kitabı hədiyyə edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.