İQTİSADİYYAT


Mayda “195-1” Çağrı mərkəzi tərəfindən canlı rejimdə 29 mindən çox zəng cavablandırılıb

Bakı, 19 iyun, AZƏRTAC 

Bu ilin mayında "195-1" Çağrı mərkəzi tərəfindən 35 min 202 sual xarakterli müraciət cavablandırılıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 76,2 faiz çoxdur. Mürəkkəb xarakterli suallar üçün 1221 müraciət vərəqəsi tərtib edilib.

Vergilər Nazirliyinin Media və kommunikasiya mərkəzindən AZƏRTAC-a bildirilib ki, vergi növləri barədə məlumat əldə etmək üçün 2067 dəfə, vergi borcu barədə məlumat əldə etmək üçün isə 3156 dəfə səsli menyudan istifadə olunub. Vergiödəyicilərinə ay ərzində 64 min 10 SMS, o cümlədən 27 min 287 ikitərəfli SMS göndərilib.

Məcburi dövlət sosial sığorta haqları və işsizlikdən sığorta haqları ilə bağlı daxil olan suallar ümumi müraciətlərin 6,1 faizini (2019-cu il üzrə 17,5 faiz) təşkil edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.