CƏMİYYƏT


Mayın 20-dən Azərbaycana daha bir neçə ölkədən uçuşlara icazə veriləcək

Bakı, 19 may, AZƏRTAC

“Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 26 may tarixli 151 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında “Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 26 may tarixli 151 nömrəli Qərarında dəyişiklik edilib.

AZƏRTAC xəbər verir ki, bununla əlaqədar Baş nazir Əli Əsədov mayın 19-da Nazirlər Kabinetinin 199 nömrəli Qərarını imzalayıb. Qərara əsasən, mayın 20-dən hava nəqliyyatı vasitəsilə aşağıda qeyd olunan ölkələrin vətəndaşlarının və həmin ölkələrdə daimi yaşayan digər ölkə vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasına giriş-çıxışına müvafiq tələblər nəzərə alınmaqla icazə verilir:

Bolqarıstan Respublikası;

Butan Krallığı;

Cənubi Afrika Respublikası;

Qvatemala Respublikası;

Laos Xalq Demokratik Respublikası;

Livan Respublikası;

Mavriki Respublikası;

Misir Ərəb Respublikası;

Myanma İttifaqı Respublikası;

Nepal Federativ Demokratik Respublikası;

Paraqvay Respublikası;

Şimali Makedoniya Respublikası;

Şri-Lanka Demokratik Sosialist Respublikası;

Vyetnam Sosialist Respublikası.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.