İQTİSADİYYAT


Məhəmməd Barkindo: Neft tələbatının yaxın aylarda artacağı gözlənilir

Bakı, 14 iyul, AZƏRTAC

Qlobal neft tələbatının yaxın aylarda, xüsusən də 2021-ci ildə artacağı proqnozlaşdırılır.

AZƏRTAC xəbər verir ki, bu sözləri OPEC-in baş katibi Məhəmməd Barkindo iyulun 14-də “OPEC+”un Birgə Texniki Komitəsinin (JTC) videokonfrans formatında keçirilən 42-ci iclasında deyib.

“COVID-19-la bağlı davam edən risklərə baxmayaraq, qlobal neft bazarında müsbət inkişaflar var. Neft bazarında aprel ayındakı şiddətli enişindən sonra bir az yaxşılaşma müşahidə edilir. Xam neft tələbatının yaxın aylarda, xüsusən də 2021-ci ildə artacağı proqnozlaşdırılır. Bazardakı bu müsbət dinamika neft hasilatının aşağı salınmasını nəzərdə tutan “Əməkdaşlıq Bəyannaməsi” üzrə görülən qətiyyətli tədbirlərin nəticəsidir. Hamımız bazar sabitliyindən faydalanırıq – neft istehsal və istehlak edən ölkələr, investorlar və qlobal iqtisadiyyat”, - deyə OPEC-in baş katibi bildirib.

O, eyni zamanda, beynəlxalq enerji bazarında sabitlik, eləcə də neft bazarı və qlobal iqtisadiyyatın yaxşılaşması üçün platformanın yaradılmasında beynəlxalq dialoqun və əməkdaşlığın artan əhəmiyyətinə qeyd edib.

Xatırladaq ki, aprelin 12-də “OPEC+” ölkələri nazirlərinin 10-cu iclasında qəbul edilmiş razılaşma ümumilikdə gündəlik xam neft hasilatının may-iyunda 9,7 milyon barrel, Azərbaycanda isə 164 min barrel azaldılmasını nəzərdə tutur. OPEC və qeyri-OPEC ölkələri nazirlərinin iyunun 6-da keçirilən 11-ci iclasında isə bu kvotaların müddətinin daha bir ay - iyulun sonunadək uzadılmasına dair qərar qəbul olunub.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.