MƏDƏNİYYƏT


“Məhəmmədhüseyn Şəhriyar – 115” adlı videoçarx təqdim edilib

Bakı, 14 aprel, AZƏRTAC

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanası “Yubileylər silsiləsi” layihəsini uğurla davam etdirir.

İdarədən AZƏRTAC-a bildirilib ki, layihə çərçivəsində növbəti videoçarx şair Məhəmmədhüseyn Şəhriyar haqqındadır. Bu il şairin 115 yaşı tamam olur. Bununla əlaqədar kitabxana tərəfindən şairin xatirəsini yad etmək məqsədilə “Məhəmmədhüseyn Şəhriyar – 115” adlı videoçarx təqdim olunub.

Qeyd edək ki, Şəhriyarın ilk şeir kitabı 1931-ci ildə Tehranda nəşr olunub. Şəhriyar şeirlərini Azərbaycan və fars dillərində yazıb.

Videoçarxda şairin həyat yolu, yaradıcılığı və əsərləri haqqında ümumi informasiya nümayiş etdirilib. Həmçinin videoçarxda şairin müxtəlif dövrlərini əks etdirən fotoları da göstərilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.