DÜNYA
Məhkəmə tarixində ən qısamüddətli həbs cəzası çıxarılıb
Bakı, 31 iyul, AZƏRTAC
Böyük Britaniyanın gənc vətəndaşı dünyada ən qısamüddətli həbs cəzasına məhkum edilib. AZƏRTAC Daily Mail qəzetinin saytına istinadla xəbər verir ki, Şimali Somerset əyalətinin Portished şəhərinin 23 yaşlı sakini məhkəmə tərəfindən cəmi 50 dəqiqəlik həbs cəzası alıb.
Məhkəmədə təqsirini etiraf edən Şeyn Cenkins adında gənc etdiyi hərəkətdən peşman olduğunu bildirib. O, öz sevgilisinin evinin pəncərəsini süpürgə ilə sındırdıqdan sonra polis tərəfindən saxlanılıb. Bundan başqa, Cenkins onu yaxalamaq istəyən polislərə də hücum edib. Həmin vaxt onun alkoqol və narkotik maddələrin təsiri altında olduğu bildirilir. Müttəhim hakimin qarşısında peşman olduğunu bildirdikdən sonra iki məktub oxuyub və əməllərinə görə həm sevdiyi qızdan, həm də qanun keşikçilərindən üzr istəyib.
Hakim müttəhimin 50 dəqiqə həbs cəzası çəkməsi, habelə 80 saat islah işləri və reabilitasiya keçməsi barədə qərar çıxarıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.08.2023 [04:38]
Antarktidada 20 qolu olan çiyələyə bənzər dəniz canlısı kəşf edilib
- 14.07.2023 [13:43]
Ölü balinanın mədəsində 500 min avro dəyərində “üzən qızıl” tapılıb
- 05.07.2023 [20:47]
Alim ölü kaşalotun içərisində 500 min avro dəyərində xəzinə aşkar edib
- 24.06.2023 [18:40]
Dünyanın ən hündür göydələnləri
- 16.06.2023 [14:00]
Kaliforniyalı Maks Park kubik-rubiki 3,13 saniyəyə yığıb
- 08.06.2023 [17:51]
Alimlərin yeni tapıntısı: Neandertallar ov alətlərini necə yapışdırırdı?
- 22.05.2023 [12:43]
Bakı Zooloji Parkında ayının doğum günü qeyd olunub
- 29.04.2023 [17:42]
Misirli ekspertlər Kleopatranın irqi ilə bağlı mübahisələri qiymətləndirib
- 15.04.2023 [14:18]