MƏDƏNİYYƏT
Mehmet Nuri Ersoy: Nizami Gəncəvi bütün türk dünyasının qürurudur VİDEO
Bakı, 24 noyabr, AZƏRTAC
Nizami Gəncəvi bütün türk dünyasının bəşəri sərvəti və qürurudur. Onun böyük xəzinə olan yaradıcılığı təkcə Azərbaycanın və türk dünyasının deyil, bütün bəşəriyyətin əvəzsiz mənəvi sərvətinə çevrilib.
Bu sözləri Bakıda keçirilən Nizami Gəncəvi Beynəlxalq Forumunun iştirakçısı Türkiyə Respublikasının mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy AZƏRTAC-a müsahibəsində deyib.
O bildirib ki, türk dünyasının qədim və zəngin mədəniyyətinin təbliğ edilməsi, beynəlxalq aləmdə tanıdılması, gələcək nəsillərə ötürülməsi məqsədilə bu cür layihələrin həyata keçirilməsi çox önəmlidir.
Nizami Gəncəvinin dünya ədəbiyyatına və mədəniyyətinə bəxş etdiyi əvəzsiz töhfələrdən danışan nazir bildirib ki, Azərbaycanda “Nizami Gəncəvi İli” elan edilməsi əhəmiyyətli hadisə kimi bütün türk dünyasında xüsusi rəğbətlə qarşılanıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.05.2024 [16:38]
"Yaşıl dünya naminə həmrəylik ili"nə həsr olunmuş konsert
- 07.05.2024 [16:37]
Xalq yazıçısı İsmayıl Şıxlının xatirəsi anılıb
- 07.05.2024 [15:40]
Ölkəmiz Ankarada beynəlxalq mədəniyyət festivalında təmsil olunub
- 07.05.2024 [12:43]
Azərbaycanda ilk dəfə keçirilən Milli Xalça Festivalı yekunlaşıb
- 07.05.2024 [12:28]