ELM VƏ TƏHSİL
Məktəb inspektoru vəzifəsi üzrə vakansiya elan edilib
Bakı, 21 iyun, AZƏRTAC
Təhsildə Keyfiyyət Təminatı Agentliyi “Məktəblərdə keyfiyyət inspeksiyası” layihəsi çərçivəsində ümumi təhsil müəssisələrində inspeksiyaların həyata keçirilməsi üçün məktəb inspektoru vəzifəsi üzrə vakansiya elan edib.
Bu barədə AZƏRTAC-a Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, həmin vakansiya üzrə namizədlər üçün aşağıdakı tələblər müəyyənləşdirilib:
· Ali təhsil;
· Sahə üzrə mövcud qanunvericilik, qayda və tənzimləmələr haqqında biliklər;
· Minimum 8 il pedaqoji sahədə iş təcrübəsi (idarəetmə sahəsində iş təcrübəsi arzuolunandır);
· Ümumi təhsil müəssisələrində keyfiyyət qiymətləndirilməsi sahəsində beynəlxalq təcrübəni araşdırma, öyrənmə bacarığı;
· Yüksək səviyyədə Azərbaycan dili biliyi;
· “Microsoft Office” proqramları və internet resurslarından istifadə bacarığı;
· Effektiv şifahi və yazılı peşəkar kommunikasiya bacarığı;
· Analitik, strateji düşünmə və problem həlletmə bacarığı;
· Monitorinq və qiymətləndirmə bacarığı;
· Təşkilatçılıq bacarığı;
· Komandada işləmə bacarığı;
· Zərurət olduqda, ölkə ərazisi üzrə səyahət etmək imkanı;
· Minimum yaş həddi - 30 yaş.
Müraciət etmək istəyən namizədlər öz CV-lərini iyulun 10-dək göndərə bilərlər.