ELM VƏ TƏHSİL
Məktəb psixoloqları anket sorğularını cavablandırıblar
Bakı, 9 iyun, AZƏRTAC
Təlimə Dəstək Mərkəzində Sabunçu və Xəzər rayonları ümumi təhsil məktəblərinin psixoloqları ilə görüşlər keçirilib.
Bakı şəhəri üzrə Təhsil İdarəsindən AZƏRTAC-a bildiriblər ki, görüşlərdə Təlimə Dəstək Mərkəzinin metodistləri “Məktəbdə psixoloji xidmətin təşkili” mövzusunda təqdimatla çıxış ediblər.
Görüşlərdə məktəb psixoloqlarının qarşılaşdıqları problemlərdən danışılıb və bununla bağlı müzakirələr aparılıb. Psixoloqlara maarifləndirici-profilaktik tədbirlərin həyata keçirilməsi ilə əlaqədar müvafiq tövsiyələr verilib. Sonda psixoloqlar onlara təqdim olunan anket sorğularını cavablandırıblar.
Görüşlərin keçirilməsində məqsəd məktəb psixoloqlarının peşə bacarıqlarını inkişaf etdirmək, məktəblərdə gördükləri işlərin keyfiyyətini yüksəltməkdir.