ELM VƏ TƏHSİL


Məktəbdənkənar təhsil müəssisəsi yetirmələrinin qalibiyyəti

Bakı, 1 iyul, AZƏRTAC

Təhsil Nazirliyi 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi “Sing at Home 2020” ("Evdə oxu") onlayn beynəlxalq müsabiqəsində uğurla təmsil olunub.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, müsabiqə Beynəlxalq İtaliya Festival Assosiasiyası tərəfindən COVID-19 infeksiyası ilə bağlı onlayn təşkil edilib. Məqsəd digər dövlətlərlə qarşılıqlı təcrübə mübadiləsini təmin etmək, uşaq və gənclər arasında dostluq münasibətlərini yaratmaq, istedadlı uşaqları üzə çıxarmaqdan ibarət olub.

Müsabiqəyə qatılan mərkəzin 13 dərnək üzvü “Vokal”, “İnstrumental ifa” nominasiyaları üzrə qalibiyyət əldə ediblər. Nəticələrə əsasən, sazda “Naxçıvani” havasını uğurla ifa edən mərkəzin dərnək üzvü Kənan Gülməmmədov beynəlxalq münsiflər heyəti tərəfindən 100 balla qiymətləndirilərək Qran-Pri mükafatına, nağara və mahnı ifalarına görə Mirelmir Seyidov və Cəmilə Məmmədli I, 4 nəfər II, 8 nəfər isə III yerə layiq görülüb.

Qeyd edilib ki, Təşkilat Komitəsi tərəfindən müsabiqədə yer tutmuş 3 nömrəli Uşaq-Gənclər Mərkəzinin istedadlı dərnək üzvləri, eləcə də müsabiqəyə münsif kimi dəvət olunmuş mərkəzin direktoru Lalə Qəti və dərnək rəhbərləri diplomlarla təltif olunublar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.