ELM VƏ TƏHSİL
Məktəblilərin yaz tətili günləri müəyyənləşdirilmişdir
Bakı, 21 fevral (AZƏRTAC). Məktəblilərin yaz tətili günləri müəyyənləşdirilmişdir.
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin sektor müdiri Zəminə Əli qızı AZƏRTAC-a bildirmişdir ki, məktəblilərin yaz tətilinin müddəti martın 17-dən 24-dəkdir. Lakin martın 17-si bazar gününə təsadüf etdiyindən yaz tətilinə 5 günlük qrafiklə işləyən məktəblərin şagirdləri martın 15-dən, 6 günlük qrafiklə işləyən məktəblərin şagirdləri isə martın 16-dan çıxacaqlar.
Novruz bayramı ilə bağlı Nazirlər Kabinetinin elan etdiyi qeyri-iş günləri ilə əlaqədar orta məktəblərdə dərslər martın 27-də başlayacaqdır.