ELM VƏ TƏHSİL


Melburn Universitetinin professoru “Yeni çağırışlar”da

Bakı, 3 iyun, AZƏRTAC

İyunun 4-ü saat 19:00-da “Yeni çağırışlar” onlayn müzakirə proqramının növbəti buraxılışı yayımlanacaq.

Təhsil Nazirliyindən AZƏRTAC-a bildirilib ki, proqramın budəfəki qonağı Melburn Universitetinin təhsildə liderlik üzrə professoru, Miçiqan Dövlət Universitetinin Təlim və Texnologiya Mərkəzinin qurucu direktoru Yonq Jao olacaq. Onunla uğurlu təhsil təcrübələri barədə danışılacaq.

Dünyada nüfuzlu alimlərdən biri kimi tanınan, Kanzas Universitetinin professoru Yonq Jao Oregon Universitetinin Təhsil Kollecində sədr, Qlobal və Onlayn Təhsil İnstitutunun direktoru vəzifələrində çalışıb. Daha əvvəl Miçiqan Dövlət Universitetinin Təhsil Kollecində professor kimi fəaliyyət göstərib. Burada Öyrənmə və Texnologiya Mərkəzinin qurucu direktoru, Konfutsi İnstitutunun və eyni zamanda, ABŞ-Çin Təhsil Mükəmməlliyi üzrə Tədqiqat Mərkəzinin icraçı direktoru olub. Bir sıra qlobal mükafatlar laureatı Yonq Jao Milli Təhsil Akademiyasının və Beynəlxalq Təhsil Akademiyasının görkəmli üzvüdür. Tədqiqatları qloballaşma və texnologiyanın təhsil sahəsindəki təsirlərinə yönələn professor 30-dan çox kitabın müəllifidir.

Təhsil Nazirliyinin dəstəyi və “T-Network” platformasının təşkilatçılığı ilə reallaşdırılan proqram nazirliyin rəsmi feysbuk səhifəsi üzərindən Azərbaycan dilinə tərcümə ilə canlı yayımlanacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.