MƏDƏNİYYƏT
“Mənim Azərbaycanım”
Bakı, 26 noyabr, AZƏRTAC
Dekabrın 25-də Azərbaycan Dövlət Rəqs Ansamblının iştirakı ilə “Mənim Azərbaycanım” konsert proqramı yenidən paytaxt sakinləri və xarici qonaqlara təqdim olunacaq.
Sarayın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, obrazlığı, rəngarəngliyi və ifaları böyük maraqla qarşılanan və yüksək qiymətləndirilən Azərbaycan Dövlət Rəqs Ansamblının “Mənim Azərbaycanım” konsert proqramı və “Koroğlu” bir pərdəli milli baleti Heydər Əliyev Sarayında nümayiş olunacaq.
Konsert proqramının bədii rəhbəri və quruluşçusu Rusiyanın Xalq artisti Dikalu Muzakaevdir.
Biletləri şəhərin mərkəzləşdirilmiş kassalarından və “ASAN xidmət” mərkəzlərindən əldə etmək olar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 04.05.2024 [16:39]
“Dantenin yubileyi” növbəti dəfə səhnədə
- 04.05.2024 [13:21]
Milli Xalça Festivalının açılış mərasimi olub VİDEO
- 04.05.2024 [13:07]
Bakıda qonaqpərvərlik sahəsi üzrə karyera sərgisi təşkil olunub
- 04.05.2024 [11:22]