İQTİSADİYYAT
Mənzil İnşaatı Dövlət Agentliyi Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə edib
Bakı, 30 mart, AZƏRTAC
Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə edib.
MİDA-dan AZƏRTAC-a bildirilib ki, dövlət başçısının ölkəmizdə koronavirus infeksiyasına yoluxma hallarının qarşısının alınması məqsədilə aparılan tədbirlərin gücləndirilməsi və əhalinin sağlamlığının qorunması barədə çağırışına dəstək olaraq Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən agentliyin və onun tabeliyində olan “MİDA” MMC-nin əməkdaşlarının könüllü istəyi ilə onların aylıq vəzifə maaşları hesabına Prezident İlham Əliyevin 2020-ci il 19 mart tarixli Fərmanı ilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna 50 min manat köçürülüb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.08.2023 [15:22]
Çəllək formalı malikanə
- 22.08.2023 [17:52]
Fəvvarələr meydanında qanunsuz tikinti işləri dayandırılıb
- 21.08.2023 [12:45]
AAYDA son həftə ərzində görülən işlər barədə məlumat yayıb
- 17.08.2023 [21:40]
Tikinti-quraşdırma işlərində istehsalçı qiymət indeksində artım olub
- 16.08.2023 [12:20]
Ümumi inşaat işlərinin 88,8 faizini qeyri-dövlət tikinti müəssisələri görüb
- 16.08.2023 [11:15]