Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Mərakeşin Kralı Əlahəzrət VI Məhəmmədə

Əlahəzrət,

Əziz Qardaşım,

Milli bayramınız – Taxt-Tac Günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza şəxsən öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.

İnanıram ki, xalqlarımızın mənafelərinə uyğun olaraq Azərbaycan-Mərakeş münasibətlərinin hərtərəfli inkişafı və daha da möhkəmləndirilməsi, əməkdaşlığımızın dərinləşdirilməsi istiqamətində birgə səylərimizi bundan sonra da müvəffəqiyyətlə davam etdirəcəyik.

Bu xoş gündə Sizə möhkəm cansağlığı və xoşbəxtlik, qardaş Mərakeş xalqına daim əmin-amanlıq və rifah arzulayıram.

Hörmətlə,

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 27 iyul 2018-ci il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin