Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Mərakeşin Kralı VI Məhəmməddən

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Cənab Prezident.

Milli bayramınız - Respublika Günü münasibətilə Zati-alinizə səmimi təbriklərimi çatdırır, Sizə cansağlığı və xoşbəxtlik, Azərbaycan xalqına isə Sizin rəhbərliyinizlə tərəqqi və firavanlıq arzu edirəm.

Fürsətdən istifadə edərək, xalqlarımız arasında möhkəm qardaşlıq bağlarına, eləcə də ölkələrimizin sıx əməkdaşlığına böyük dəyər verdiyimi bir daha qeyd etmək istəyirəm.

Mən xalqlarımızın ortaq maraqlarına xidmət etmək, münasibətlərimizi möhkəmləndirmək, əlaqələrimizi daha da gücləndirmək üçün Sizinlə işlərimizin davamını səbirsizliklə gözləyirəm.

Hörmətlə,

 

VI Məhəmməd

Mərakeşin Kralı

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin