Azərbaycan Dövlət İnformasiya Agentliyi

İQTİSADİYYAT

Mərkəzi Bank uçot dərəcəsini dəyişməyib YENİLƏNİB

Mərkəzi Bank uçot dərəcəsini dəyişməyib YENİLƏNİB

Bakı, 30 oktyabr, AZƏRTAC

Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyəti uçot dərəcəsinin 6,5 faiz səviyyəsində dəyişməz saxlanılması haqqında qərar qəbul edib. Faiz dəhlizinin aşağı həddi 6 faiz, yuxarı həddi isə 7 faiz səviyyəsində saxlanılıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Mərkəzi Bankın sədri Elman Rüstəmov oktyabrın 30-da faiz dəhlizinin parametrləri ilə bağlı keçirdiyi mətbuat konfransında deyib.

E.Rüstəmov bildirib ki, iqtisadiyyatda inflyasiyaya azaldıcı təsir göstərən amillərin üstünlüyü şəraitində inflyasiya səviyyəsi azalmaqda davam edir və qəbul edilmiş hədəf diapazonunun mərkəzindən aşağıda formalaşır. Lakin COVID-19-un ikinci dalğasının gücləndiyi və milli hökumətlərin qəbul etdiyi məhdudlaşdırıcı tədbirlər nəticəsində qlobal iqtisadi artımın bərpası perspektivinin pisləşməsi, neft bazarlarında qiymət dəyişkənliyi, regionda geosiyasi risklərin və uyğun olaraq qeyri-müəyyənliklərin əhəmiyyətli artması uçot dərəcəsinin azaldılması potensialının reallaşdırılması imkanlarını məhdudlaşdırır. Bütün bunlar qısa və ortamüddətli dövrə risklər balansının yenidən qiymətləndirilməsini şərtləndirir.

İnflyasiyanın dinamikası və inflyasiya gözləntiləri

Diqqətə çatdırılıb ki, İdarə Heyətinin pul siyasətinə həsr olunmuş son iclasından keçən dövrdə illik inflyasiya tempi azalıb və hədəf diapazonunun mərkəzindən aşağıda qalıb. Məcmu tələbin zəif olduğu şəraitdə rəsmi statistikaya görə, sentyabr ayında illik inflyasiya 2,6 faiz təşkil edib.

Son 1 ildə istehlak səbətinə daxil olan məhsulların 9,2 faizinin qiyməti dəyişməyib, 10,8 faizinin qiyməti aşağı düşüb. Bahalaşan məhsulların 55 faizinin qiymət artımı 2 faizdən aşağı olub.

İstehlak səbətinin əsas alt kateqoriyaları üzrə qiymət dəyişimi fərqli dinamika nümayiş etdirir.

Ərzaq inflyasiyası illik 4,3 faiz təşkil edib. Daxili ərzaq inflyasiyasının səngiməsi dünya ərzaq qiymətlərinin son 12 ayda 5 faiz artması şəraitində baş verib. Qeyri-ərzaq məhsullarının qiymətləri son ayda dəyişməyib, xidmətlər 0,1 faiz bahalaşıb. Qeyri-ərzaq məhsulları və xidmətlərin qiymətlərinin illik dəyişimi müvafiq olaraq 1,4 faiz və 1,2 faiz təşkil edib.

İnflyasiya gözləntiləri sektorlar üzrə fərqli istiqamətlərdə dəyişib. Real sektor müəssisələri üzrə monitorinqin nəticələrinə görə, sentyabrda ötən aya nəzərən inflyasiya gözləntiləri qeyri-neft sənayesi və ticarət sahələrində artıb, xidmət sektorunda azalıb, tikinti sektorunda isə demək olar ki, dəyişməyib. Ev təsərrüfatları arasında sentyabrda aparılan sorğuya görə inflyasiyanın artacağını gözləyən respondentlərin payı 25 faiz təşkil edib ki, bu da iyun üzrə analoji göstərici ilə müqayisədə 7 faiz bəndi azdır. Bütövlükdə bütün iqtisadi subyektlər üzrə inflyasiya gözləntiləri faktiki göstəricilərə yaxın formalaşır.

Oktyabrda yenilənmiş proqnozlara görə mövcud makroiqtisadi çərçivə saxlanılmaqla inflyasiyanın 2020-ci ilin sonuna 2,8-3 faiz, 2021-ci ilə isə 3,6-4 faiz diapazonunda qalacağı gözlənilir. Qeyd olunan proqnoz horizontunda inflyasiyanın dinamikası monetar şəraitlə yanaşı əhəmiyyətli dərəcədə fiskal siyasətin realizasiyasından asılı olacaq.

Qlobal mühit və xarici sektor göstəriciləri

“Dünyada iqtisadi artımın bərpası prosesi ləng gedir ki, bu da dünya əmtəə və maliyyə bazarlarına neqativ təsir edir. Beynəlxalq Valyuta Fondu oktyabrda dünya iqtisadiyyatının dinamikası ilə bağlı proqnozu yaxşılaşdırmaq istiqamətində təshih edib. Yeni proqnoza görə, 2020-ci ildə qlobal iqtisadiyyatda 4,4 faiz azalma gözlənilir. Lakin dünyada epidemioloji vəziyyətin yenidən pisləşməsi və milli hökumətlərin qəbul etdiyi məhdudlaşdırıcı tədbirlər bu proqnozun reallaşmasına mənfi təsir göstərə bilər. Bu şəraitdə ticarət partnyoru olan ölkələrdə resessiya daha da dərinləşir, maliyyə və valyuta bazarlarında dalğalanmaların miqyası əhəmiyyətli genişlənir. İlin əvvəlindən ölkənin xarici ticarət balansı profisitli qalır. Bu da strateji valyuta ehtiyatlarının qorunmasına şərait yaradır. Hazırda strateji valyuta ehtiyatları 50 milyard ABŞ dollarından çoxdur ki, bu da illik ÜDM-un 100 faizini üstələyir. Mərkəzi Bankın valyuta ehtiyatları ilin əvvəlindən 3,4 faiz artıb”, - deyə Mərkəzi Bankın sədri vurğulayıb.

Monetar şərait

E.Rüstəmov deyib: “Əksər pul-kredit göstəricilərinin dəyişimi ötən iclasdan bəri monetar şəraitin əsasən yumşaldığını göstərir. Cari ilin sonuna dövlət büdcəsi kanalı vasitəsilə pul bazasının genişlənməsi proqnozlaşdırılır. Manatla geniş pul kütləsi son ayda 1,8 faiz, ilin əvvəlindən 1 faiz artıb. İqtisadiyyata kredit qoyuluşları cari ilin 10 ayında 1,9 faiz, o cümlədən biznes kreditləri 2,6 faiz artıb. Mərkəzi Bankın depozit əməliyyatları və qısamüddətli notları üzrə faiz dərəcələri ötən iclasdan bəri azalaraq faiz dəhlizinin aşağı həddinə yaxın səviyyədə formalaşıb. Belə şəraitdə banklararası bazarda orta faizlərin və dövlət qiymətli kağızlarının gəlirliyinin də azalması davam edir. Ötən iclasdan bəri yeni verilmiş kredit faizləri azalıb. Monetar siyasətin yumşalmasına baxmayaraq daxili və xarici risklərin dairəsinin genişlənməsi depozit və kredit faizlərinin azalma imkanlarını məhdudlaşdırır. Pandemiyadan zərərçəkmiş biznesə və maliyyə sektoruna dəstək məqsədilə tətbiq edilən makroprudensial tənzimləmə güzəştlərinin müddətinin gələn il yanvarın 1-dək uzadılması monetar şəraitin yumşaldılmasının transmissiyasına və real sektorun kreditləşdirilməsi şərtlərinin yaxşılaşdırmasına əlavə dəstək verməkdədir. Ötən iclasdan bəri valyuta bazarında sabitlik və tarazlıq davam edib, manatın məzənnəsi sabit qalıb”.

İqtisadi aktivlik

E.Rüstəmov bildirib ki, yaranmış qeyri-müəyyənliklər milli iqtisadiyyatın öz potensialına tam yaxınlaşmasına mane olur. Daxili və xarici tələbin zəif olaraq qalması, habelə pandemiyanın təsiri ilə məcmu təklifin məhdudlaşması şəraitində rəsmi statistikaya görə, cari ilin 9 ayında ümumi daxili məhsul real olaraq 3,9 faiz, o cümlədən qeyri-neft sektoru üzrə 2,4 faiz azalıb. İqtisadiyyatın aparıcı sahələrindən olan qeyri-neft sənayesində 10,5 faiz, kənd təsərrüfatında isə 1,5 faiz iqtisadi artım qeydə alınıb. Real sektor müəssisələrinin monitorinqinə görə, Biznes İnam İndeksi ötən aya nəzərən qeyri-neft emal, ticarət sahələrində artım meyilli olub, tikintidə və xidmət sektorlarında eyni səviyyədə qalıb. Bununla belə Biznes İnam İndeksi iqtisadiyyatın bəzi sahələri üzrə neqativ zonada qalır. İstehsal güclərinin yüklənmə səviyyəsi sentyabrda iyuna nəzərən yüksəlib, İstehlakçı İnam İndeksi üçüncü rübdə əvvəlki rüblə müqayisədə aşağı düşüb. İlin qalan dövründə və növbəti ildə iqtisadi aktivlik stimullaşdırıcı fiskal və monetar siyasət, davam edən makroprudensial yumşalma ilə dəstəklənəcək. Bu amillər real iqtisadi artımın 2021-ci ildə müsbət zonaya keçməsi ilə bağlı proqnozların reallaşmasını dəstəkləyir. İqtisadi bərpanın dayanıqlı faktorlara əsaslanmaqla baş verməsi əhəmiyyətli dərəcədə makroiqtisadi sabitliyin bundan sonra da qorunmasından asılı olacaq. Azad olunmuş ərazilərdə genişmiqyaslı iqtisadi quruculuq işləri də iqtisadi artıma müsbət təsir edəcək.

İnflyasiya riskləri

Mətbuat konfransında qeyd edilib ki, risklər balansı başlıca olaraq epidemioloji və geosiyasi şəraitdən asılı olaraq dəyişməkdədir. İnflyasiyanı artıracaq risklərə başlıca olaraq pandemiyanın ikinci dalğasına qarşı məhdudiyyətlərin yenidən sərtləşdirilməsi fonunda dünya iqtisadiyyatının bərpa perspektivlərinin pisləşməsi ilə dünya enerji məhsulları bazarında və tərəfdaş ölkələrin maliyyə bazarlarında dalğalanmaların əhəmiyyətli artması, regionda geosiyasi gərginliyin yüksəlməsi, dünya ərzaq qiymətlərində bahalaşma meyilinin davam etməsi, fiskal kanallar vasitəsilə cari ilin sonuna gözlənilən monetar genişlənmə aiddir. Digər tərəfdən xarici və daxili tələbin zəif olaraq qalması, neqativ məcmu buraxılış kəsiri, tənzimlənən qiymətlərinin sabitliyi, makroiqtisadi sabitliyin qorunmasına yönəlmiş iqtisadi siyasət çərçivəsi qiymət sabitliyini dəstəkləyir. 

Uçot dərəcəsi haqqında növbəti qərar noyabr-dekabr aylarında təzələnmiş inflyasiya proqnozları, makroiqtisadi göstəricilərin dinamikası, pandemiyadan və digər istiqamətlərdən gələn risklərdə dəyişikliklər nəzərə alınmaqla qəbul ediləcək.

Bu qərar oktyabrın 30-dan qüvvəyə minir. Mərkəzi Bankın İdarə Heyətinin faiz dəhlizinin parametrləri barədə növbəti qərarı cari il dekabr ayının 18-də ictimaiyyətə açıqlanacaq.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Türkiyə siyasətçisi Əhməd Cavad Şərəf Medalı ilə təltif edilib

Bu gün DİM növbəti imtahanlar keçirir

İlk fərdiləşdirilmiş dəri xərçəngi peyvəndi sınaqdan keçirilir

Sağlam həyat tərzi həyatımıza daha 5 il əlavə edə bilər - Araşdırma

Bakı Kirxasında Uitni Hyustonun məşhur sevgi etirafı səsləndirilib

Samir Şərifov: Azərbaycan Orta Dəhlizin ən vacib iştirakçılarından biridir

Bakı pravoslavları da Pasxa bayramını qeyd edirlər

Sadiq Xan üçüncü dəfə London meri seçilib

Azərbaycanın şimal bölgəsindəki pravoslavlar Pasxa bayramını qeyd edirlər

Abşeron Milli Parkında ekoloji aksiya

“Təhsildə yeni çağırışlar” - növbəti regional konfrans Xaçmazda təşkil olunub

Azərbaycan cüdoçuları Göygöl Avropa Kubokunun ilk günündə 10 medal qazanıblar

Azərbaycanla Qambiya diplomatik pasport sahibləri üçün viza tələbini aradan qaldırıb

“Qarabağ” aparıcı oyunçusu ilə müqavilənin müddətini uzadıb

IOFS-in baş direktoru Azərbaycanın beynəlxalq yardım fəaliyyəti barədə məlumatlandırılıb

İƏT Sammitində Ermənistan İslam irs nümunələrinin dağıdılmasına görə bir daha qınanılıb

“Real Madrid” 36-cı dəfə İspaniya çempionu olub

Azərbaycanla Banqladeş arasında səhiyyə sahəsində əməkdaşlıq imkanları müzakirə olunub

Qurban Qurbanov: Məğlubiyyətə baxmayaraq, "Neftçi" böyük klubdur

Azərbaycanın xarici işlər naziri pakistanlı həmkarı ilə Qambiyada görüşüb

Bədii gimnastika üzrə Avropa Kuboku: Azərbaycanın gənclərdən ibarət komandası beşinci olub

Şəki sakini iki həmkəndlisini odlu silahla qətlə yetirib

Nazir: Zəngəzur dəhlizi Cənubi Qafqazdakı bütün ölkələrin bəhrələnməsinə imkan yaradacaq

“Neftçi”nin baş məşqçisi azarkeşlərdən üzr istəyib

Azərbaycan-Somali əməkdaşlığının hazırkı səviyyəsindən məmnunluq ifadə olunub

Premyer Liqa: "Qarabağ" derbidə "Neftçi"ni böyük hesabla məğlub edib

Azərbaycanla Mərakeş arasında viza rejimi aradan qaldırılıb

Atıcılıq üzrə Dünya Kuboku: Qarışıq komanda növündə qaliblər bəlli olub

NATO siyasətçiləri Azərbaycanı təbrik ediblər

Hacı Zeynalabdin Tağıyevin evində ona həsr olunan mükafatın təqdim edilmə mərasimi keçirilib VİDEO

Şəmkirdə minik avtomobili dərəyə aşıb ölən və xəsarət alanlar var

Gürcüstanda ağır yol qəzası olub, 2 nəfər ölüb, 7 nəfər yaralanıb

BDU-da ASEAN Parlamentlərarası Assambleyanın nümayəndə heyəti ilə görüş keçirilib

Mayın 5-6-da geomaqnit qasırğası olacaq

“Viva-Opera!” Bakıda I Beynəlxalq Opera Festivalı möhtəşəm konsert proqramı ilə başa çatıb

Şuşada “Yaşıl dünya naminə həmrəylik ili” ilə əlaqədar təşəbbüslərin müzakirəsi keçirilib

Azərbaycanın xarici işlər naziri Qambiyada türkiyəli həmkarı ilə görüşüb

Sabunçu rayonunda qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub

® Naxçıvan Dövlət Universitetində “Beyin ölümü diaqnozunun təyininə multidissiplinar yanaşma” mövzusunda elmi konfrans keçirilib

Stolüstü tennis üzrə ölkə birinciliyinin qalibləri müəyyənləşib

Naxçıvanda yubiley medalı ilə təltif olunan müəllimlərlə görüş keçirilib

Premyer Liqa: Lider “Arsenal” inamlı qələbə qazanıb

Azərbaycan gimnastı: Doğma divarlar arasında yarışmaq insana zövq verir

“İnnovator” vizası ilə Londona işləməyə gedən ilk azərbaycanlı xanım: “Rəqabət güclüdür” - REPORTAJ VİDEO

Amil Amal: Növbəti Beynəlxalq Turan Film Festivalının Laçında keçirilməsi planlaşdırılır

“Marc Jacobs” sürünənlərin və dəvəquşuların dərisindən istifadəni dayandırır

Pakistanın MUSLİM İnstitutunun direktoru DQİDK-da olub

Nazir müavini: Düşərgənin ilk günündən gənclərin çox maraqlı ideyalarının, layihələrinin olduğunu görürük

Mikrobiologiya İnstitutunun əməkdaşları beynəlxalq konfransda çıxış ediblər

Azərbaycanın Moldova ilə insan hüquqları sahəsində təcrübə mübadiləsi məsələsi müzakirə edilib

Azərbaycan Gimnastika Federasiyası daha bir Anlaşma Memorandumu imzalayıb

Ərəb Dünyası İnstitutunun direktoru: Multikulturalizm Azərbaycanda həyat tərzi kimi qəbul edilib

Məşhur fotoqraf Reza Deqatinin Qarabağla bağlı kitablarının ilin sonunadək təqdimatı olacaq

Məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başa çatır

“Dantenin yubileyi” növbəti dəfə səhnədə

Bədii gimnastika üzrə Avropa Kuboku: Çarpaz qarşılaşmada qaliblər bəlli olub VİDEO

Çinin dövlət gülü hesab olunan pionun becərildiyi Hıcı şəhərindən VİDEOREPORTAJ

Alman şirkəti kosmosa parafinlə işləyən ilk raketi buraxıb

İrakli Kobaxidze: Gürcüstan yaşıl dəhliz layihəsi çərçivəsində əməkdaşlıqda maraqlıdır

AİB COP29-la əlaqədar Azərbaycan Prezidentinə müraciət ünvanlayıb

Nüfuzlu yarışlarda Azərbaycanı uğurla təmsil etmiş idmançılarla görüş olub

Azərbaycan geosiyasi arenada nüfuzlu aktor kimi çıxış edir ŞƏRH

Dələduzlar insanları mövcud olmayan çiçək toxumları ilə aldadır

Gülçöhrə Məmmədova: Memarlıq təhsili üçün Şəkini görmək çox vacibdir

Culian çox yorğundur - Stella Assanjın AZƏRTAC-a özəl müsahibəsi VİDEO

Polis əməkdaşları Binəqədi rayonunda dörd obyektdə 63 kəsici-deşici alət aşkarlayıb

“Yeni Tərtər” qəzetinin 90 illik yubileyi qeyd olunub

DYP “Bakı Marafonu-2024” ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib

Tovuzda zəlzələ olub

Bakıda keçirilən atıcılıq üzrə Dünya Kubokunda növbəti qaliblər müəyyənləşib

Konstitusiya Məhkəməsinin Plenumunun iclasında Ali Məhkəmənin müraciəti əsasında konstitusiya işinə baxılıb

Birinci sinfə elektron qeydiyyatla bağlı suallar cavablandırılacaq

Stradivari skripkası Ukraynadan qanunsuz çıxarılarkən müsadirə olunub

SOCAR-ın Müşahidə Şurasının üzvləri yeni inşa olunan yaşayış kompleksi ilə tanış olublar

Rusiya hökuməti şəkər ixracına müvəqqəti qadağa tətbiq edib

Ankarada keçirilən tədbirdə Qərbi Azərbaycanla bağlı tarixi ədalətin bərpasının vacibliyi vurğulanıb

COP29 ilə əlaqədar Təşkilat Komitəsinin üçüncü iclasında mühüm məsələlər müzakirə olunub VİDEO

Naxçıvanda STEAM təhsili üzrə müsabiqədə 250-dən artıq müəllim iştirak edib

Daşkənddə MDB ölkələri könüllülərinin forumu keçirilir

Avropa Kuboku: Azərbaycan gimnastı çarpaz qarşılaşmada rəqibinə qalib gəlib

Xankəndi Şəhər Prokurorluğu yaradılır – SƏRƏNCAM

“Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında baytarlıq sahəsində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

“Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Saziş”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Amerika Dini Azadlıq Mərkəzinin rəhbəri Azərbaycanda tolerantlıq sahəsində görülən işlər barədə məlumatlandırılıb

Xankəndi Şəhər Prokurorluğunun yaradılması haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

“ArchiVision WeekEND Camp” çərçivəsində Şəkidə panel müzakirələr və tələbələrin vörkşopu təşkil olunub VİDEO

Myanmanın şimalında nəsli kəsilməkdə olan quş aşkarlanıb

Stirlinq Fondu Azərbaycanın mina təhlükəsi ilə mübarizəsinə növbəti maliyyə dəstəyini göstərmək niyyətindədir

“Küləyə qalib gəl” şüarı altında keçiriləcək Bakı Marafonunun iştirakçılarına hava şəraiti ilə bağlı TÖVSİYƏ

“Qarabağ uğrunda dastan yazan Göyçə mahalı - Kəsəmən kəndinin igidləri” kitabı nəşr edilib

Norveçli səyyah: Dəqiq mina xəritələrinin təqdim olunması çox sayda insanın həyatını xilas edər VİDEO

Səbail rayonunda quldurluq edən şəxs saxlanılıb

Paytaxtda növbəti ağacəkmə aksiyası keçirilib

Ulu Öndərin ildönümünə həsr olunan mini-futbol turniri keçirilir

Milli Xalça Festivalının açılış mərasimi olub VİDEO

Növbəti rəqəmsal SAT imtahanı keçirilib

Kamila Vaden: Ərazilərin minalardan təmizlənməsinə şahidlik etmək bizi çox sevindirir VİDEO

 Bəzi yerlərdə intensiv yağış, yüksək dağlıq ərazilərdə isə sulu qar yağacaq

Xaricdə ali təhsil almış şəxslər üçün peşə tanınması imtahanında 189 nəfər müvəffəqiyyət qazanıb

Türkiyədə “Qərbi Azərbaycandan məcburi köç” mövzusunda tədbir keçiriləcək