İQTİSADİYYAT


Mərkəzi Bankda pul nişanlarının inkişafı və saxtalaşdırılmasına qarşı mübarizənin təşkili mövzusunda seminar keçirilmişdir

Bakı, 12 mart (AZƏRTAC). Mərkəzi Bankda kredit təşkilatlarının nağd pul sahəsində çalışan əməkdaşları üçün pul nişanlarının inkişafı və saxtalaşdırılmasına qarşı mübarizənin təşkili mövzusunda seminar keçirilmişdir.

Bankın mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, seminarda pul nişanlarının inkişafı, onun mühafizə fəlsəfəsi, saxta pul çapına qarşı mübarizə, bu sahədə Mərkəzi Bankın rolu və həyata keçirdiyi siyasət, eləcə də digər mövzular barədə məlumat verilmişdir.

Bildirilmişdir ki, ölkə iqtisadiyyatının, eləcə də ölkənin bank və ödəniş sistemlərinin dinamik inkişafı şəraitində Azərbaycan manatına olan inam və milli pul nişanlarının tədavül vasitəsi kimi cəlbediciliyi onun regional miqyasda güclü valyutaya çevrilməsinə zəmin yaratmışdır.

Sonra “Pul nişanlarının ekspertizasının təşkili” mövzusunda təqdimat keçirilmişdir.

kommersiya banklarında əhaliyə xidmət səviyyəsinin yüksəldilməsi, milli valyutanın saxtalaşdırılması risklərinin minimallaşdırılması və əməkdaşların bu sahədə maarifləndirilməsi üçün Mərkəzi Bank tərəfindən davamlı tədbirlər həyata keçirilir və bu sahədə banklara müvafiq texniki yardımlar göstərilir. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.