İQTİSADİYYAT


Mərkəzi Bankın Qısamüddətli Notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib

Bakı, 31 oktyabr, AZƏRTAC

Oktyabrın 31-də Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının (AMB) 50100272S dövlət qeydiyyat nömrəli, 300 mln manat həcmində, 28 gün tədavül müddətli qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

Fond Birjasından AZƏRTAC-a bildirilib ki, hərrac zamanı 16 investor tərəfindən qiyməti 99.4004 AZN (7.76 faiz) ilə 99.4004 AZN (7.76 faiz) arasında olan 25 sifariş təqdim edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 1 123 024 900,00 AZN olub.

AMB-nin qərarına əsasən istiqrazların kəsmə qiyməti 99.4004 AZN (7.76 faiz), orta ölçülmüş qiyməti 99.4004 AZN (7.76 faiz) müəyyən edilib. Hərrac nəticəsində istiqrazların yerləşdirilmiş həcmi 300 000 000,00 AZN təşkil edib. Notların ödəmə tarixi 2018-ci il noyabrın 28-dir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.