ELM VƏ TƏHSİL


Mərkəzi Elmi Kitabxana Özbəkistandakı Heydər Əliyev adına Mədəniyyət Mərkəzinə kitablar hədiyyə edib

Bakı, 8 yanvar, AZƏRTAC 

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanası (MEK) mütaliənin təbliği məqsədilə kitab hədiyyəsi və “Açıq kitabxana” layihələrini davam etdirir.

Kitabxanadan AZƏRTAC-a bildiriblər ki, layihə çərçivəsində “Azərbaycan incəsənəti”, “Bakı – tarixin səhifələri”, “Azərbaycan xalq ədəbiyyatından seçmələr”, “Ərəbcə yazmış azərbaycanlı şair və ədiblər”, “Novruz bayramı – ensiklopediya”, “Azərbaycan dialektologiyasının əsasları” və digər kitablar MEK tərəfindən ölkəmizin Özbəkistandakı səfirliyinin Heydər Əliyev adına Mədəniyyət Mərkəzinə verilib.

Qeyd edək ki, MEK layihə çərçivəsində AMEA-nın institutlarına, Təhsil Nazirliyinin Cocuq Mərcanlı kənd orta məktəbi və Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi də daxil olmaqla təhsil müəssisələrinə, Mədəniyyət Nazirliyinə, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fonduna, Beynəlxalq Biznes Məktəbinə, Respublika Elmi Pedaqoji Kitabxanasına, Dövlət Təhlükəsizliyi Xidmətinə, Pirallahı Rayon İcra Hakimiyyətinə, Metafizika Araşdırmalar Mərkəzinə, Diasporla İş üzrə Dövlət Komitəsi vasitəsilə diaspor təşkilatlarına əhalinin mütaliə imkanlarının genişləndirilməsi məqsədilə kitablar təqdim edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.