SİYASƏT


Mərkəzi Seçki Komissiyasının iclası keçirilib

Bakı, 22 fevral, AZƏRTAC

Fevralın 22-də Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib.

Mərkəzi Seçki Komissiyası Katibliyinin Media və ictimai əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, iclasda 2020-ci il fevralın 9-da keçirilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərlə əlaqədar maraqlı subyektlərin və ərizəçilərin iştirakı ilə MSK-ya daxil olan müraciətlərə baxılıb.

Tam və hərtərəfli şəkildə araşdırılan müraciətlərlə bağlı təqdim olunan əlavə görüntülər birbaşa iclasın gedişində də nümayiş etdirilib və aparılan müzakirələrdən sonra Seçki Məcəlləsinin tələblərinə uyğun qərarlar qəbul olunub. Sosial şəbəkələrdən və müxtəlif mənbələrdən olan məlumatların araşdırılması və müraciətlərə baxılması nəticəsində seçicilərin iradəsinin müəyyənləşdirilməsinə imkan verməyən və digər qanunazidd hallar nəzərə alınaraq 11 saylı Qaradağ seçki dairəsinin 25, 48 saylı Yevlax seçki dairəsinin 6, 82 saylı Ağcabədi seçki dairəsinin 3 və 83 saylı Ağcabədi–Füzuli seçki dairəsinin 9 saylı seçki məntəqələri üzrə səsvermənin nəticələri ləğv olunub.

Kütləvi informasiya vasitələrinin nümayəndələrinin iştirak etdiyi iclasda cari məsələlərə də baxılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.