DÜNYA


Məryəm Ana kilsəsindəki qədim dini əsərlər yanğından mühafizə edilib

Paris, 16 aprel, AZƏRTAC

Parisdəki müqəddəs Məryəm Ana kilsəsində yerli vaxtla saat 19:00–da başlayan yanğın hələ də söndürülməyib.

AZƏRTAC xəbər verir ki, yanğın nəticəsində katedralın ən hündür şpili və tavanı çöküb. Təmir üçün katedralın damına yığılmış taxtalardan başlayan yanğın bir anda bütün damı bürüyüb.

Katedralda saxlanılan qədim dini sənət əsərləri yanğından mühafizə edilib. Ümumilikdə, katedralın strukturunun qorunub saxlanıldığı bildirilir.

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

Paris

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.