CƏMİYYƏT


Meşə fonduna aid olan ərazilərdə 548 min ədəd ağac əkilib

Bakı, 1 dekabr, AZƏRTAC

Ekoloji sağlamlığın və ətraf mühitin qorunmasında yaşıllıqların artırılması mühüm rol oynayır. Ona görə də ölkəmizdə aparılan payız ağacəkmə kampaniyası uğurla davam etdirilir.

AZƏRTAC xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ekoloji maarifləndirmə və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, ölkəmizdə meşə fonduna aid olan ərazilərdə 902 hektar sahədə 548 min ağac əkilib.

“Ağac əkək, qoruyaq və yaşadaq”, “Hər ailə bir ağac əksin” devizi altında keçirilən kampaniyalarda isə 136 min ağac tingi paylanılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.